Icma.az
close
up
RU
Bakıda HOTELDƏ DƏHŞƏT: sevişdiyi qadını 6 cı mərtəbədən atdı CİNAYƏT İŞİ

Bakıda HOTELDƏ DƏHŞƏT: sevişdiyi qadını 6 cı mərtəbədən atdı CİNAYƏT İŞİ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il fevralın 16-da Şükür Qənbərov 22-ci Polis Bölməsinə gələrək, qeyri-rəsmi münasibətdə olduğu qadını R.Behbudov küçəsi, 59 ünvanda yerləşən «AF Hotel»in 6-cı mərtəbəsinin pəncərəsindən atması barədə məlumat verib. 

1997-ci il təvəllüdlü S.İ (ad şərtidir) ağır vəziyyətdə Kiliniki Tibbi Mərkəzə çatdırılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisə hotelin 6-cı mərtəbəsində, 1603 saylı otaqda baş verib.

Lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib. 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə necə baş verib?

İstintaqla müəyyən edilib ki, fevralın 16-ı saat 19:25-da Şükür Qənbərov qeyri-rəsmi münasibətdə olduğu S.İ və onun 2 azyaşlı övladları ilə birlikdə hotelə gəlib. Hotelin 6-cı mərtəbəsində yerləşən otağda onlar intim münasibətdə olublar. Sonra tərəflər arasında qısqanclıq zəminində mübahisə düşüb. Mübahisə zəminində Ş.Qəmbərov qadının baş nahiyəsinə zərbələr vurub, sonra isə onu pəncərədən atıb. Nəticədə qadın hotelin 3-cü mərtəbəsində olan tikilinin dam örtüyünün üzərinə düşüb. Dərhal qadın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım briqadasının müşayiəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb və həyatı xilas edilib.  

İş üzrə dindirilmiş Şükür Qəmbərov bildirib ki, 2023-cü il fevralın 16-da Lənkərandan Bakıya qayıdıb və münasibətdə olduğu S.İ-yə zəng edərək görüşmək istədiyini bildirib. Sonra onun yaşadığı ünvana gedib və qadına hotelə getməyi təkilf edib. Ş.Qəmbərov qadını və uşaqları götürüb hotelə gətirib. Onlar bir günlük hotelin 6-cı mərtəbəsində yerləşən 1603 saylı otağı götürüblər. Ş. Qəmbərov qadınla intim münasibətdə olduqdan sonra qadına yenidən rayona qayıtmalı olduğunu deyib. Bu zaman onlar arasında mübahisə düşüb. Qadın Ş.Qəmbərova "səni rayonda gözləyən qızlar var, sən başqaları ilə danışırsan” deyib. Qısqanclıq zəmnində yaranmış mübahisə zamanı, qadın onu söyməyə başlayıb: “Bu zaman onun üzünə sillə vurdum. Qapıya tərəf qaçanda arxadan tutdum və onu pəncərəyə tərəf gətirdim. Ayaqlarından qaldırıb, onu pəncərədən çölə atdım. Arxasınca baxdım. Yerə düşdüyündən əmin olandan sonra hamama keçib əllərimi yudum. Uşaqlara otaqdan çıxmamalarını və qayıdacağımı deyib polisə getdim. Özümü növbətçiyə təqdim edib baş verənləri danışdım”.  

Zərərçəkmiş S.İ bildirib ki, Şükür Qəmbərovla 2022-ci ilin aprel ayında tanış olub. Şükür onunla ailə həyatı quracağını deyib. «AF Hotel»də görüşüb, cinsi əlaqədə olublar. Dəfələrlə aralarında münaqişə olub. 2022-ci il iyunun 20-də Şükür onun uşağını döyüb. Oktyabrın 2-də Ağcabədi rayonunda bıçaqla xəsarət yetirib, barəsində cinayət işi başlanılıb və o bir neçə gündən sonra tutulub. Həmin il dekabrın 23-də Şükür məkəməyə qədər ev dustaqlığına buraxılıb. O vaxtdan fevralın 16-na kimi müxttəlif vaxtlarda Bakıda yerləşən hotellərdə görüşüblər. Münasibətdə olduğu ərəfədə, onun işləməsinə icazə vermədiyindən onun Şükürdən maddi asılılığı olub. Bundan əlavə, Qəmbərov müxtəlif əsassız bəhanələrlə mütəmadi olaraq yumruqla və taxta ilə onu döyüb. Bununla bağlı 2 dəfə - Qax və Xaçmaz rayonlarında polis şöbələrinə müraciət edib.  

Məhkəmə iclasında Şükür Qənbərov ittiham üzrə özünü təqsirli bilməyib. 

Zərərçəkən də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

Məhkəmə qənaətə gəlib ki, Şükür Qəmbərovun CM-nin 29,120.1-cü (qəsdən adam öldürməyə cəhd) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Həmin əməl təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb. O, qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şükür Qənbərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Avqust 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri