Icma.az
close
up
RU
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı TƏFƏRRÜAT

Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı TƏFƏRRÜAT

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Bakının Nizami rayonunda hotelə qadın çağıran 28 yaşlı oğlanın başına iş gəlib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Ağsu rayon sakini, 1997-ci il təvəllüdlü transseksual Samir “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İlqar (adlar şərti verilib – red.) adlı şəxslə əlaqədə olmaq barədə razılığa gəlib.

Samir İlqarın dəvəti ilə 10 yanvar 2024-cü ildə gecə saat 2 radələrində “Emerald” hotelə gəlib. Bu zaman İlqar çağırdığı şəxsin qadın olmadığını görüb, onunla görüşmək və ona pul vermək istəməyib. Onların arasında mübahisə baş verib.

Mübahisə zamanı Samir deşici-kəsici alətlə iki dəfə İlqarın qarın nahiyəsinə vurub.

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ləqəbi Samişdır: “Yanvarın 9-da axşam saat 21 radələrində tanımadığım şəxs mənə zəng etdi, görüşmək istədiyini bildirdi. Razılaşdım, hara gələcəyimi soruşdum. Nizami rayonunun ərazisində “Emerald” hotelində görüşəcəyimizi dedi və adının İlqar olduğunu bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, İlqarla görüşmək üçün yola çıxıb: “Yolda olarkən rəfiqəm “Ayan” ləqəbli şəxsi yığdım və harada olduğunu soruşdum. O, “Nice Life” hoteldə müştəri ilə görüşdüyünü və işini yekunlaşdırmaq üzrə olduğunu biİdirdi. Ayana “Nice Life” hotelinin yanında yerləşən “Emerald” hotelə gəldiyimi və məni gözləyə bilib-bilməyəcəyini soruşdum. Ayan heç bir problem olmadığını, məni gözləyəcəyini dedi.

Mən “Emerald” hotelin qarşısına çatdıqda Ayan da “Nice Life” hoteldən çıxıb, “Emerald” hotelin qarşısına gəldi. Birlikdə hotelə daxil olduq. İkinci mərtəbədə İlqarın olduğu otağa qalxdım. Ayan isə hotelin lobbisində gözlədi. İlqarla otaqda oturaraq 10-15 dəqiqə söhbət etdik”.

Samir deyib ki, daha sonra Samir şəkildəki şəxsin ona oxşamadığını deyib: “Cavabda dedim ki, pulumu ver, gedim. O, qışqıraraq taxtın üstünə çıxdı, otaqda olan şüşə su butulkasını yerə çırparaq sındırdı, şüşənin sınıq hissəsini əlində tutdu. Mən də otaqda olan şüşə stəkanı stolun üstünə vuraraq sındırdım və əlimdə saxladım.

İlqar heç bir səbəb olmadan qışqırdı. Mən də əsəbləşdim, əlimdəki şüşə stəkanının qırığını divara çırpmaq istəyəndə İlqarın qarın nahiyəsinə dəydi. İlqara qəsdən xəsarət yetirmədim. Səs-küyə otağa rəfiqəm Ayan, hotelin bir neçə işçisi, daha sonra isə polis əməkdaşları gəldilər.

Əməlimdən peşmanam. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişəm, onunla barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən İlqarın sözlərinə görə, yanvarın 9-da saat 21 radələrində işdən çıxdıqdan sonra dincəlmək məqsədi ilə “Emerald” hotelə gedib:

“Hotelin 2-ci mərtəbəsində otağa qalxdıqdan sonra “İnstagram” sosial şəbəkəsində pul müqabilində cinsi əlaqədə olan şəxsin səhifəsini tapdım. Onunla əlaqə saxladım, görüşmək istədiyimi bildirdim. Telefon vasitəsi ilə mənimlə danışan şəxs, adını istintaq zamanı bildiyim Samir yox, qadın idi. Həmin qadınla razılaşaraq, onu hotelə dəvət etdim”.

İlqar qeyd edib ki, yanvarın 10-da gecə saat 1-2 radələrində otağının qapısı döyülüb: “Qapını açanda iki nəfər transseksualın gəldiyini gördüm. Onlara transseksual yox, qadın çağırdığımı bildirdim. Samir otağa keçdi, o biri isə çöldə qaldı. Aramızda mübahisə yarandı. Samir məndən 150 manat pul tələb etdi. Mən 50 manat verə biləcəyimi və getməyini söylədim.

Samir şüşə butulkanı divara vuraraq sındırdı, butulkanın qırığı ilə qarnımın sağ tərəfinə 2 xəsarət yetirdi. Bundan sonra digər transseksualla birlikdə getdi”.

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, şikayətini geri götürüb.

Bu səbəbdən hakim Samirin barəsində olan cinayət təqibinə xitam verib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 İyun 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri