Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi Təfərrüat
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Hindistanlı turist Bakıda qarət olunub.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtda fəaliyyət göstərən "Memi" hoteldə baş verib.
Hindistandan Azərbaycana gələn turist Bakıdakı gecə klublarından birində Sahilə Məmmədova (ad və soyad şərtidir - red.) ilə tanış olub. Spirtli içki qəbul edəndən sonra o, Sahiləni qaldığı hotelə dəvət edib. Səhəri gün Sahilə ona zəng vuraraq hotelə gəlmək istədiyini bildirib və bunun üçün turistdən 20 manat taksipulu istəyib. Hindistan vətəndaşı ona 20 manat göndərib və görüşməyə razılıq verib. Onlar hoteldə görüşəndən sonra Sahilə turistdən 100 dollar alıb. Daha sonra kişi hamamda olarkən Sahilə onun pulqabısını tapıb və orada olan 1 100 dolları götürərək hoteldən qaçıb.
Turist məsələ ilə bağlı polisə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Sahilə Məmmədova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə S.Məmmədovaya 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 21 Sentyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















