Bakıda “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” adlı beynəlxalq konfrans keçirilir
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda Türk Ədliyyə Şəbəkəsinin fəaliyyəti çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfrans keçirilir.
"Report" xəbər verir ki, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin həmsədrliyi ilə keçirilən konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikalarından 90-a yaxın nümayəndə iştirak edir.
2 gün davam edəcək konfransda aktivlərin bərpası transmilli cinayətkarlığa qarşı mübarizənin effektivliyi, ekoloji hüquqpozmalara qarşı mübarizədə ölkədaxili və beynəlxalq mexanizmlər, türk ölkələrin komersiya hüququ sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər mövzularda panel sessiyalar və müzakirələr keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















