Icma.az
close
up
RU
Bakıda ictimai nəqliyyatda sərnişindaşıma tarifləri xərcləri ödəmir Necə olacaq?

Bakıda ictimai nəqliyyatda sərnişindaşıma tarifləri xərcləri ödəmir Necə olacaq?

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda ictimai nəqliyyat sistemi, xüsusilə də avtobusların fəaliyyəti son illərdə geniş müzakirələrə səbəb olur. Bu sahədə çalışan özəl daşıyıcılar vəziyyətin getdikcə ağırlaşdığını iddia edirlər. Onlar ardıcıl olaraq zərərlə işlədiklərini bildirir, səbəb kimi isə dövlət tərəfindən tənzimlənən aşağı tarifləri, artan xərcləri, yeni avtobusların idxalında vergi yükünü və dövlət operatoru ilə özəl şirkətlər arasında mövcud bərabərsizliyi göstərirlər. Şirkətlər iddia edirlər ki, bazarda qeyri-sağlam rəqabət mühiti formalaşıb. Standartlara əməl edən və parkını müasir avtobuslarla yeniləyən şirkətlər daha çox xərc çəkir, eyni statusda fəaliyyət göstərən və tələblərə riayət etməyən daşıyıcılarla rəqabət aparmaq məcburiyyətində qalırlar.

Avtosfer.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Özəl və dövlət operatorlarına fərq qoyulur?

Ötən həftə "Xaliq Faiqoğlu" MMC-nin rəhbəri Faiq Seyidov keçirdiyi mətbuat konfransında təmsil etdiyi şirkətin zərərlə işlədiyini bildirib. O deyib ki, ictimai nəqliyyatdakı hazırkı qiymətlər yalnız əməliyyat xərclərini qismən qarşılamağa imkan verir, investisiya və parkın yenilənməsi isə bank kreditləri hesabına həyata keçirilir. Bu isə sektorda bərabərsiz mühit yaradır. Dövlət operatoru "BakuBus" mütəmadi olaraq büdcədən maliyyə dəstəyi alırsa, özəl şirkətlər fəaliyyətlərini kredit və yüksək vergi yükü ilə davam etdirirlər. Bəs, görəsən, bu iddialar nə dərəcədə əsaslıdır? Dövlətin bu sahəyə hansısa formada dəstəyi olmalıdırmı?

"Sərnişindaşıma tarifləri xərcləri ödəmir"

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də deyir ki, mövcud sərnişindaşıma tarifləri ilə xərcləri ödəmək çətindir: "Problemin həll yolları var. Problemin həlli brutto müqavilələrə keçid etməkdən keçir. Bu o deməkdir ki, dövlət hər kilometrə görə ictimai nəqliyyatdakı daşıyıcılar üçün subsidiya nəzərdə tutur. Beləliklə də bu sahənin daha rentabelli işləməsi təmin oluna bilər. Digər tərəfdən isə bu, bir sıra çeşidli imkanlar yaradacaq. Bu zaman banklar daşıyıcılara kredit verməyə daha həvəsli olacaqlar. Çünki risklər minimumlaşacaq. Subsidiyalar ayrıldığı təqdirdə avtoparkın yenilənməsi daha sürətli baş verəcək. Belə olarsa, daşıyıcı şirkətlər tərəfindən sərnişinlər üçün çeşidli paketlərin təklif edilməsi üçün də zəmin yaranacaq. Yəni sərnişinlərə günlük, həftəlik, aylıq bilet paketləri təklif ediləcək. Bu da vətəndaşlara daha ucuz səyahət etmək imkanı yaradacaq. Tələbələr, müharibə iştirakçıları, təqaüdçülər üçün əlavə paketlər, güzəştlər formalaşdırmaq da mümkündür. Yəni təkcə avtobus zolaqları çəkməklə ictimai nəqliyyatdakı problemlər tam həll olmur. Maliyyə dayanıqlılığı təmin olunmalıdır ki, daşıyıcılar daha keyfiyyətli xidmət göstərə bilsinlər. Yalnız bu olduğu təqdirdə daşıyıcılardan nəsə tələb etmək ədalətli olacaq".

"Subsidiyaların ayrılması mütləqdir"

Ekspertin sözlərinə görə, həm dizel, həm də elektriklə işləyən avtobuslar üçün dövlət dəstəyi mütləqdir: "Bundan öncə 2021-ci ildən dizellə işləyən avtobuslar üçün subsidiyalar nəzərdə tutulmuşdu. Lakin bu qərar 2023-cü ildən etibarən ləğv edilib. Elektriklə işləyən avtobusların ölkəyə gətirilməsi ilə bağlı güzəştlər tətbiq edilirdi. Lakin onların da fəaliyyətlərində hər hansı güzəştlər mövcud deyil. Hazırkı vəziyyətdə əməliyyat xərcləri onsuz da bahadır. Avtobusların xaricdən alınan ehtiyat hissələrinin də qiyməti davamlı olaraq artır. Bütün bu səbəbləri nəzərə alaraq düşünürəm ki, dövlət tərəfindən daşıyıcılara subsidiyaların ayrılması mütləqdir. Əksər dünya ölkələrində ictimai nəqliyyat subsidiya olunur. Bu da dayanıqlı ictimai nəqliyyatın təmin olunması üçündür".

Deputat da "subsidiya verilməlidir", - deyir 

Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, son illər ölkədə davamlı olaraq ictimai nəqliyyatla bağlı islahatlar həyata keçirilir. Hökumətin məqsədi sərnişindaşımada keyfiyyətin tam olaraq təmin edilməsidir. Amma bütün yeniliklərə baxmayaraq, problemlər tam olaraq aradan qalxmayıb: "Avtobus parkının tamamilə yenilənməsinə şahidlik edə bilmirik. Mərkəzdən kənar ərazilərdə hələ də köhnə avtobuslar görürük. Gələcəkdə köhnə avtobuslar istifadədən çıxarılacaq və yeniləri ilə əvəz olunacaq".

N.Həmzəyevin fikrincə, daşıyıcı şirkətlər gücləri çatan qədər avtobus parkını yeniləməyə çalışırlar. Ancaq istənilən halda, ictimai nəqliyyatda keyfiyyəti təmin edə bilmək üçün daşıyıcı şirkətlərə dövlət dəstəyi olmalıdır: "Bu zaman müəyyən kateqoriyadan olan vətəndaşlara güzəştlər də tətbiq etmək olar. Xüsusilə məktəblilər, tələbələr, müəllimlərin bu siyahıda olması təqdirəlayiq olardı. İctimai nəqliyyatda tam keyfiyyəti təmin etdikdən, həmçinin şirkətlər gəlirlə işlədikdən sonra bu cür güzəştlərlə əhalini ictimai nəqliyyata təşviq etmək mümkündür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Avqust 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri