Icma.az
close
up
RU
Xərclər şişir, əldə olunan qazanc xərcləri ödəmir EKSPERT

Xərclər şişir, əldə olunan qazanc xərcləri ödəmir EKSPERT

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kommunal xidmət üzrə bir sıra sahələrdə işlər düzgün təşkil olunmayıb, bu səbəbdən də xərclər yüksəkdir


"Gələcəkdə Azərbaycanda suyun istifadəsi ilə bağlı fərqli tarif modellərinin tətbiqi istisna edilmir". Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib. "Hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - A.Abbasov qeyd edib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret təkliflər hələ ki, müzakirə olunmur. Bu, Bakı metropolietinin sabiq rəhbərliyinin gediş haqqı qaldırılanda “xərcimiz bircumuzu ödəmir” “əsaslandırmasına” bənzəyir. “Əsaslandırmanı” ona görə dırnaq işarəsi arasına aldıq ki, sonradan, yəni Bakı Metropoliteninin rəisi Zaur Hüseynov vəzifəsindən kınarlaşdırıldıqdan sonra metroda 1 sərnişinin daşınmasının nəinki 70-80 qəpiyə, heç 45-50 qəpiyə də başa gəlmədiyi məlum oldu. Amma göründüyü kimi, metropoliten rəhbərliyi Tarif Şurasını öz əsaslandırmasına inandıra bilibmiş zamanında. Bu baxımdan hər hansı xidmət sektorunda “tariflər xərcləri qarşılamır” bəyanatına kimisə inandırmaq çətindir. Ortada pis nümunə var çünki. Kommunal xidmət sahələrinin çoxu “tariflər xərci ödəmir” deyib tariflərin artırılmasını istəyir. Sonra isə tamam başqa mətləblər üzə çıxır. A.Abbasov bu  açıqlaması ilə yaxın zamanda sudan istifadəyə görə tariflərdə dəyişiklik olacağının anonsunu verirmi? 


İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, cavabdeh qurumlar tərəfindən ictimaiyyətə verilən bu cür açıqlamaların müəyyən mənada əsası var, həmçinin müəyyən mənada da əsası yoxdur: 

- Əsası ona görə var ki, kommunal xidmət üzrə bir sıra sahələrdə işlər düzgün təşkil olunmayıb, bu səbəbdən də xərclər yüksəkdir. Əsassızdır ona görə ki, bu sahədə əslində, hansı formada hesablama aparılır və söylənilən rəqəmin nəyə əsasən müəyyən edildiyi bəlli deyil. Ona görə də bax bu cür açıqlamalarla bağlı konkret fikir bildirmək çətindir. Problemin kökü - metro, su, elektrik enerjisi, təbii qaz (eləcə də ictimai nəqliyyat) məsələlərində təminat və təchizatla bağlı sturkturlar üzrə xidmət düzgün təşkil olunmayıb. İdarəetmə düzgün həyata keçirilmir. Struktur böhranı mövcuddur. Ardıcıllıq yoxdur. Funksional təsnifat düzgün qurulmayıb. Ona görə də xərclər şişir, əldə olunan qazanc xərcləri ödəmir. Əslində isə bütün bu sahələr üzrə yığım, əhali tərəfindən ödənişlərin yerinə yetirilməsi proseduru yüksək səviyyədədir. Heç bir qurum qeyd edə bilməz ki, göstərdiyi xidmətə görə istehlakçılardan yığımı təmin edə bilmir. Bu, əvvəlki dövrlərə - 1990-2000-ci illərin əvvəllərinə aid idi. İndi hər şey elektronlaşdırılıb, rəqəmsallaşdırılıb, avtomatlaşdırılıb. Smart-kart sistemi mövcuddur. Bundan başqa digər texnologiyalar da mövcuddur, istehlakçı ödənişi yerinə yetirmədikdə, xidmətin avtomatik dayandırılması mexanizmi var. 10-15 il əvvəl bu qurumların ən böyük bəhanəsi bu idi ki, əhali – abonentlər ödənişi lazımi səviyyədə yerinə yetirmirlər və onlar da yığımı təmin edə bilmir. İndi isə daha bunu bəhanə edə bilmirlər, bəhanələri ondan ibarətdir ki, xərcləri çoxdur, tarif qiymətləri isə aşağıdır. Əgər ödəniş lazımi səviyyədə yerinə yetirilirsə, başqa əsasları qalmır, özləri də açıq etiraf edə bilmirlər ki, xidmət səviyyəsi düzgün təşkil olunmayıb. Problemin kökü bundadır. Çıxış yolu nədir, həmin sahələrdə islahatların aparılması və bu sahələrin  özəlləşdirilməsidir. Təəssüf ki, hökumət buna getmir. Doğrudur, bunlar təbii inhisar sahələridir, bunları xüsusi mülkiyyətə vermək olmaz. Amma hasilatla çatdırma sahələri başqa-başqadır. Bir var hasilatçı, istehsalçı, bir də məhsulun istehsalçıya çatdırılmasını həyata keçirən. Bunlar bir-birindən ayrılmalı və xidməti həyata keçirən strukturlar təcili şəkildə özəlləşdirilməlidir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 05:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri