Bakıda ictimai nəqliyyatda gediş haqqı 1 qəpik olacaq
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"BakıKart” və Mastercard UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah” - "Barselona” qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.
Kampaniya çərçivəsində 25 noyabr tarixində saat 18:00-dan 01:00-dək Mastercard kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.
Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.
Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir. Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir.
Təşəbbüsün əsas məqsədi futbol azarkeşlərinin gediş-gəlişini daha sərfəli etmək, ictimai nəqliyyatdan istifadəni və təmassız ödənişləri təşviq etməkdir.
"BakıKart” tərəfdaşları ilə birgə sərnişinlər üçün yeni ödəniş imkanları və güzəştli kampaniyalar təqdim etməyə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Noyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















