Bakıda II “Opera Günləri”: “Koroğlu” ilə açılacaq, “Otello” ilə yekunlaşacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə Bakıda mayın 28-dən iyunun 30-dək II “Opera Günləri” layihəsi keçiriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, bu layihə ölkəmizdə opera sənətinin inkişafı və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
“Opera Günləri” milli və dünya opera irsinin təbliği, ustad sənətkarların yad edilməsi, eləcə də yeni ifaçıların təqdim olunması baxımından önəmli layihələrdən biridir.
Layihə çərçivəsində bir sıra maraqlı tədbirlər nəzərdə tutulub.
Mayın 28-də “Koroğlu” operası ilə layihənin təntənəli açılış mərasimi keçiriləcək.
İyunun 13-də “Teatrın tarixi simaları” adlı tədbir çərçivəsində ustad səslərə ithaf olunmuş konsert təşkil ediləcək. Gecədə teatrın solistləri çıxış edəcək, görkəmli sənətkarlar Mürsəl Bədirov (100 illiyi) və Şahlar Quliyevin (80 illiyi) xatirələri yad ediləcək.
İyunun 22-də “Əsrlərdən gələn irs” adlı konsert proqramı təqdim olunacaq. Konsertdə teatrın simfonik orkestri, solistləri və xoru iştirak edəcək.
İyunun 27-də “Kontratenor” adlı solo konsertdə Əməkdar artist İlham Nəzərov çıxış edəcək.
İyunun 30-da isə “Otello” operasının premyerası ilə layihənin təntənəli bağlanış mərasimi olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 01 May 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















