Icma.az
close
up
RU
Bakıda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək AZƏRTAC

Bakıda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 noyabr, AZƏRTAC

Dekabrın 2-dən 4-dək Bakıda “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək. Tədbir Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.

AMEA Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, konqresin əsas məqsədi başda Azərbaycanın Şuşa şəhəri olmaqla Türk-İslam mədəniyyətinin təşəkkülündə mühüm əhəmiyyət kəsb edən mədəniyyət mərkəzlərinin milli kimliyin formalaşması və mədəni irsin qorunmasındakı roluna diqqət çəkməkdir. Konqresdə Türk dünyasında milli kimliyin formalaşmasında mədəni irsin rolu, maddi və mənəvi mədəni irsin sivilizasiya quruculuğu üçün əhəmiyyəti, mədəni tənəzzülün milli kimliyə təsiri və mədəni irsin qorunması, ictimai elmlərin alt sahələrinin mədəni irs-kimlik əlaqəsinə baxışı kimi mövzuların müzakirəsi və yeni fikirlərin irəli sürülməsi nəzərdə tutulur.

Tədbirin digər məqsədlərindən biri də mövzuya akademik və multidisiplinar aspektdən yanaşılması, bu istiqamətdə aparılan araşdırmaların elmi dövriyyəyə çıxarılması, mədəni irsin funksionallığına əsaslanaraq milli kimliyin formalaşdırılmasındakı əhəmiyyətinin vurğulanması, müxtəlif rakurslardan yeni müzakirələr üçün zəmin hazırlanması və əməkdaşlıq edən ölkələrin (Türkiyə, Azərbaycan, Özbəkistan) akademik qurumları arasındakı elmi əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan dil, ədəbiyyat, folklor, tarix, incəsənət, politologiya, sosial siyasət və miqrasiya, sosiologiya, ekologiya, beynəlxalq münasibətlər və s. kimi sahələrdə müxtəlif mövzuların araşdırılması konqresin əsas hədəflərindəndir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri