Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirilib

Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirilib

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Azərbaycan Milli Elmlər Akademiyasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres keçirilib.
Əvvəlcə konqres iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.
AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan elmi konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə Türk dünyasının nüfuzlu elm xadimlərinin, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyini bildirib və qonaqları Azərbaycanda, Akademiyada görməkdən məmnun olduğunu ifadə edib.


Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində Türk dünyası haqqında önəmli mesajlar verdiyini xatırladan akademik İsa Həbibbəyli vurğulayıb ki, biz alimlərin borcu böyük türk ailəsini elmi cəhətdən dərindən öyrənmək, alimləri bir-birinə yaxınlaşdırmaq, ortaq layihələr işləmək, birgə konfranslar keçirmək, xalqlarımıza türk birliyinin əhəmiyyətini çatdırmaqdan ibarətdir. Bu mənada, bu gün keçirilən konfrans həmin böyük idealın həyata keçirilməsi istiqamətində atılmış mühüm addım kimi də böyük əhəmiyyətə malikdir”
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı qardaş ölkənin bu tədbirə xüsusi önəm verdiyini və ən yüksək səviyyədə iştirak etdiyini bildirib. Qeyd edib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 208 universitetin yarısından çoxunda Türkologiyaya dair tədqiqatlar aparılır, Türk dünyasının tarixi, ədəbiyyatı, dili, folkloru, etnoqrafiyası, görkəmli xadimləri öyrənilir. Həmçinin TÜBA-nın, TÜBİTAK-ın və TİKA-nın dəstəyi ilə Türk dünyasına dair önəmli layihələr həyata keçirilir, hər sahədə tədqiqatlar aparılır. Səfir 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illliyinin ən yüksək səviyyədə keçirilməsi üçün qardaş Türkiyənin bütün zəruri dəstəyi verəcəyini söyləyib.
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov isə çıxışında Türk dünyasının birliyinə xidmət edən III Beynəlxalq Türkoloji Konqres keçirilməsinin hazırki geoloji mühitdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib və Özbəkistanın Türk dünyasının iqtisadi, siyasi, elmi, mədəni birliyinə daim dəstək verdiyini söyləyib.
Tədbirdə Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov, TİKA Orta Asiya və Qafqazlar Daire Başkanı Ali Özgün Öztürk, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Türkiyənin Çankırı Karatekin Universitetinin Türkiyat İnstitutunun direktoru professor Abdulselam Arvas, Türkiyə Hacəttəpə Universitetinin professoru Özkul Çobanoğlu, Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun prorektoru Niqora Kadirova, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin direktoru professor Jabbar Eshankul, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Anarbay Buldıbay, Qırğızıstanın Altmışbayev adına Milli Elmlər Akademiyasının professoru Nur Saralayeva, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Milli Məclisin deputatı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Elnarə Akimova çıxış edərək III Beynəlxalq Türkoloji Konqres keçirilməsinin tarixi əhəmiyyət daşıdığını bildirib, tədbirin milli kimliyimizin qorunması, gələcək nəsillərə aşılanması, birliyimizin, həmrəyliyimizin möhkəmlənməsinə özünün töhfəsini verəcəyini vurğulayıb, bu xüsusda elm xadimlərinin üzərində böyük məsuliyyətin düşdüyünü bildiriblər.

Konfransla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Cavanşir Feyziyev III Beynəlxalq Türkoloji Konqresin məhz AMEA-nın Rəyasət heyətinin binasında keçirilməsinin tarixi-simvolik əhəmiyyətini xüsusi vurğulamışdır. 1926-cı fevralın 26-dan martın 6-dək Birinci Türkoloji Qurultayın Akademiyanın məhz bu gün tədbir keçirilən böyük akt zalında baş tutduğunu xatırladan Cavanşir Feyziyev 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin türk dövlətlərinin geniş tərkibdə iştirakı ilə qeyd edilməsinin nəzərdə tutulduğunu bildirmiş və qeyd etmişdir ki, son illərdə Şimali Kipr Türk Respublikası və Macarıstanın da iştirakı ilə Birliyimiz daha da möhkəmlənməkdədir.
Konqresə qatılan Türk dünyasına xidmət etmiş görkəmli alimlərin əməyini yüksək qiymətləndirən millət vəkili tədbirin Türk dünyasının elmi cəhətdən inteqrasiya olunmasına, Türk dünyasının alimlərinin həmrəyliyinə böyük töhfə verəcəyini söyləyib.
Konfransda “Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği” mövzusunda çıxış edən millət vəkili Cavanşir Feyziyev bildirib ki: “Ortaq tarix, mədəniyyət və ortaq dəyərlərlə birləşən türk xalqları əsrlər boyu bir-biri ilə sıx münasibətdə olmuş, bir yerdə yaşamış, sevinclərini, kədərlərini bölüşmüşlər. Bu xalqların üzərinə zaman-zaman qaranlıq küləklər əssə də, heç bir iradənin bu birliyi pozmağa gücü çatmadı. Bir-birlərindən ayrılsalar da, mənəvi bağları heç vaxt sarsılmadı.
Bütün dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir vaxtda türk dövlətləri uğurla inkişaf edir. Bunun səbəbi türk xalqının ən böyük uğuru və sərvəti olan bu ölkələrdə mövcud olan sabitlikdir. Bu gün bu xalqların hər biri bu sərvəti qoruyub saxlamaq və inkişaf etdirmək üçün birgə fəaliyyətə böyük önəm verir. Ortaq dəyərlərimizi və türk mədəni irsini qorumaq və dünyaya tanıtmaq məqsədilə “XXI əsr türk dünyasının əsri olmalıdır!” Bütün müsbət meyilləri gücləndirmək və birlikdə çalışmaq ideyası ilə hər bir türk milləti öz adına töhfə verir.”- deyə Cavanşır Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Böyük İpək Yolu bu gün türk xalqlarının birləşməsinin simvolu kimi qələmə verilir və onun əhəmiyyəti getdikcə artır.
“Biz bunu təkcə müasir formatda bərpa olunduğuna görə deyil, həm də bu xalqların şüurunda tarix və mədəniyyətin ümumiliyi haqqında təsəvvür yaratdığına görə deyə bilərik. Deyilənə görə, ümumi mədəni sərvətlərin qorunmasında, tədqiqində və yayılmasında insan münasibətləri mühüm amillərdən biridir. Türk xalqlarının ortaq bayramı olan Novruzun hər il birlikdə qeyd olunması türk xalqımızın birliyinin sübutudur. Təbii ki, bu tədbirin birgə keçirilməsi regionda sülhün, həmrəyliyin yaranmasına xidmət edir. Mədəni-humanitar əməkdaşlıq çərçivəsində hər il mədəniyyət günləri, elmi konfranslar, sərgilər və görüşlər təşkil edilir, klassiklərin ədəbi-fəlsəfi irsi araşdırılaraq tərcümə edilir. Türk xalqları arasında əlaqələrin möhkəmlənməsində bir çox qurumların mühüm rolu var. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin türk mədəni irsinin tədqiqində, maddi və mənəvi dəyərlərin dünya miqyasında təbliğində mühüm rol oynayır. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası da bu istiqamətdə uğurla fəaliyyət göstərir. Yaxın tarixə nəzər saldıqda görürük ki, türk xalqları arasında əlaqələr Orta Asiyada yeni müstəqil dövlətlərin yaranmasının ilk aylarında formalaşmağa başlayıb. O zaman bu xalqlar daha geniş türk dünyasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək iradə və əzmlərini nümayiş etdirərək Ankara Bəyannaməsini imzaladılar. Türkdilli ölkələrin prezidentləri Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstanda müxtəlif nümayəndə heyətləri ilə görüşlər keçiriblər. 2009-cu ildə Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə bu əlaqələr yeni, daha düşünülmüş və praqmatik mərhələyə qədəm qoydu. Burada qəbul edilən sənəd, əsasən, türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətinin gələcəkdə keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması üçün əsaslar üzərində qurulmuşdur.
Türk sivilizasiyasının dərin kökləri var. Qloballaşma və dövrün çağırışları qarşısında öz gücünü qoruyan sivilizasiyalarımız gənc nəsli bəşəri dəyərlər ruhunda yetişdirməklə tərəqqi edir. Bütün bunların fonunda real nəticə verən görüşlər, sammit görüşləri, tədbirlər və s. bütün bunlar, şübhəsiz ki, türk dövlətləri arasında inteqrasiya proseslərinin daha da inkişafına, xalqlarımızın qarşılıqlı mənəvi zənginləşməsinə, yaxınlaşmasına zəmin yaradacaqdır. Bütün bu mənəvi yaxınlıqlar türk mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində birgə əməkdaşlığı gücləndirəcək.” – deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri