Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirilib AZƏRTAC

Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə dekabrın 2-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres işə başlayıb. Əvvəlcə konqres iştirakçıları Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

AZƏRTAC xəbər verir ki, tədbiri açan akademiyanın prezidenti akademik İsa Həbibbəyli III Beynəlxalq Türkoloji Konqresin AMEA-da keçirilməsinin tarixi əhəmiyyət daşıdığını bildirib. O, 1926-cı ildə Birinci Türkoloji Qurultayın akademiyanın böyük akt zalında baş tutduğunu söyləyib. Qeyd edib ki, həmin qurultayda türkoloqlar, tarixçilər 10 gün ərzində türkologiyanın əsaslarını yaradıblar. Latın qrafikasında ortaq əlifbaya keçmək haqqında qərarlar məhz burada qəbul olunub.

Birinci Türkoloji Qurultayda iştirak etmiş bütün görkəmli alimlərin repressiya qurbanı olduğunu deyən AMEA rəhbəri onların ideyalarının heç bir zaman sönmədiyini diqqətə çatdırıb: “98 il sonra biz burada konfransı keçirərkən iftixar hissi ilə demək istəyirəm ki, bu ilin sentyabrında Bakıda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə 34 hərfdən ibarət latın əlifbası təsdiq edildi”.

Akademik İsa Həbibbəyli 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin türk dövlətlərinin geniş tərkibdə iştirakı ilə qeyd edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində Türk dünyası haqqında önəmli mesajlar verdiyini xatırladan akademik İsa Həbibbəyli deyib: “Biz alimlərin borcu böyük türk ailəsini elmi cəhətdən dərindən öyrənmək, ortaq layihələr işləmək, birgə konfranslar keçirmək, xalqlarımıza türk birliyinin əhəmiyyətini çatdırmaqdan ibarətdir”.

Artıq konqresin materiallarının çap olunduğunu bildirən akademik İsa Həbibbəyli kitabda Türk dünyasından 100-ə yaxın alimin məqaləsinin yer aldığını söyləyib. AMEA prezidenti bu tədbirin Türk dünyasının elmi cəhətdən inteqrasiya olunmasına, Türk dünyasının alimlərinin həmrəyliyinə, qardaşlığına böyük töhfə verəcəyini vurğulayıb.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkənin bu tədbirə xüsusi önəm verdiyini və ən yüksək səviyyədə iştirak etdiyini bildirib. Qeyd edib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 208 universitetin yarısından çoxunda türkologiyaya dair tədqiqatlar aparılır, Türk dünyasının tarixi, ədəbiyyatı, dili, folkloru, etnoqrafiyası, görkəmli xadimləri öyrənilir. Həmçinin TÜBA-nın, TÜBİTAK-ın və TİKA-nın dəstəyi ilə Türk dünyasına dair önəmli layihələr həyata keçirilir, hər sahədə tədqiqatlar aparılır. Səfir 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin ən yüksək səviyyədə keçirilməsi üçün qardaş Türkiyənin bütün zəruri dəstəyi verəcəyini söyləyib.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov isə çıxışında Türk dünyasının birliyinə xidmət edən III Beynəlxalq Türkoloji Konqresin keçirilməsinin hazırkı geosiyasi mühitdə xüsusi əhəmiyyət kəsb etdiyini bildirib və Özbəkistanın Türk dünyasının iqtisadi, siyasi, elmi, mədəni birliyinə daim dəstək verdiyini söyləyib.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Elnarə Akimova, Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov, TİKA Orta Asiya və Qafqaz şöbəsinin rəhbəri Başkanı Ali Özgün Öztürk, Türkiyənin Çankırı Karatekin Universitetinin Türkiyə Araşdırmalar İnstitutunun direktoru professor Abdulselam Arvas, Hacettepe Universitetinin professoru Özkul Çobanoğlu, Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun prorektoru Niqora Kadirova, Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyinin direktoru professor Jabbar Eshankul, Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Anarbay Buldıbay və Qırğızıstanın Altmışbayev adına Milli Elmlər Akademiyasının professoru Nur Saralayeva çıxış ediblər. Onlar III Beynəlxalq Türkoloji Konqresin keçirilməsinin milli kimliyimizin qorunması, gələcək nəsillərə aşılanması, birliyimizin, həmrəyliyimizin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıblar.

Çıxışlardan sonra akademik İsa Həbibbəyli qonaqlara AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən nəşr olunmuş Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 86 il sonra tapılmış, repressiya qurbanı, özbəkəsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk tərcümə əlyazmasının cildlərini hədiyyə edib.

III Beynəlxalq Türkoloji Konqres öz işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, konqres dekabrın 4-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri