Icma.az
close
up
RU
Bakıda iki övladı olan ana EVDƏN qaçdı, uşağı isə məktəbdən APARILDI Könül Qasımova onları niyə GİZLƏDİR?

Bakıda iki övladı olan ana EVDƏN qaçdı, uşağı isə məktəbdən APARILDI Könül Qasımova onları niyə GİZLƏDİR?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalan Abşeron sakini Kamilə Hüseynli sığınacağa yerləşdirilib. İki azyaşlı övladı olan Kamilə Hüseynli həyat yoldaşı Məhəmməd Hüseynli tərəfindən döyüldükdən sonra evdən qaçmağa məcbur qalıb.
“Toxunmayın, özüm gəlib başını kəsəcəm...”
Qadın iki gün Xırdalan parkında gecələdikdən sonra təhlükəsizliyi üçün sığınacağa qəbul edilib. Hadisəyə səbəb kimi Kamilə Hüseynlinin keçmiş sevgilisinin onun bank kartına pul göndərməsi və ərinin bunu öyrənməsi olub.
Bizim.Media-ya bununla bağlı müraciət edən Kamilə Hüseynlinin qayınanası Həyat Hüseynova bildirib ki, iki aya yaxındır, nə gəlindən, nə də nəvəsindən xəbər ala bilir:
“Oğlumla Kamilə 7 ildir evlidirlər, 6 və 3 yaşında iki qızları var. Birgə yaşayırıq. Gəlnimdən çox razıyam. Hər ailədə söz-söhbət, mübahisə olur. Onların da ailəsində ara-sıra mübahisələr olub. Amma oğlum ona əl qaldırmayıb. İlk dəfədir belə bir hadisə baş verdi.
 

Mən onun hərəkətinə haqq qazandırmıram, amma kişi xeylağıdır, kim olsa əsəbləşərdi. Oğlum gəlinin telefonuna baxanda görüb ki, onun bank kartına pul köçürülüb. Qızı bizdən əvvəl bir oğlan istəyirdi, amma qismət elə gətirdi ki, oğlumla ailə qurdular. Bu hadisəni görən oğlumun ürəyinə şübhə düşüb və aydınlaşdıranda məlum olub ki, kart qızın keçmiş sevgilisinin adınadır. Məhəmməd özündən ixtiyarsız gəlinə bir-iki şillə vurdu.


Mən mübahisələrinə müdaxilə edərək aranı sakitləşdirməyə çalışdım. Gəlin otağına girib qapını qıfılladı. Qorxdum ki, özünə zərər verə bilər. İsrarla qapını açmasını istədim. Qapını açanda pampersin içində gizlətdiyi sənədlərini gördüm. “Evdən gedirsən?” deyə soruşdum, amma dillənmədi.
Oğlum məsələni qızın atasına danışdı, o da “Toxunmayın, özüm gəlib başını kəsəcəm” dedi. Bunu eşidən gəlin dərhal qapıdan çıxıb qaçdı. Günlərlə axtarsaq da, onu tapa bilmədik”.
Məgər sığınacaqda ona bizdən yaxşı baxacaqlar?
Həyat Hüseynova bildirib ki, gəlinin atası polisə müraciət etdikdən sonra ondan xəbər almaq mümkün olub:

“Bacısına zəng edib deyib ki, atama çatdırın, evinə getsin, mən sığınacaqdayam və qayıtmaq fikrim yoxdur. Gəlinin atası qızı ilə bağlı Amil Xəlilinin “Gəl danış” verilişinə çıxmışdı. Biz də həmin verilişə dəvət olunmuşduq. Orada öyrəndik ki, gəlin Könül Qasımovanın rəhbərlik etdiyi “Sevgi Evi” sığınacağındadır. Çünki verilişdən sonra elə həmin sığınacağa gedib.


Biz onu verilişdə tanımadıq – fikirləri tamamilə dəyişmişdi və bizə qarşı aqressiv davranırdı. Hər insan səhv edə bilər. O da, oğlum da səhv edib. Amma biz Kamiləni bağışlamışıq və onun evə qayıtmasını istəyirik. Anlamıram, əri, atası, qalacağı evi olduğu halda niyə gedib sığınacaqda qalmalıdır? Məgər sığınacaqda ona bizdən yaxşı baxacaqlar?
Niyə aidiyyəti qurumlar barışdırıcı mövqe tutmur? Onlar ailənin dağılmasını istəyirlər? Əsəbiləşib, ilk dəfə əl qaldırıb. Deyirlər ki, guya oğlum onu dəfələrlə döyüb, hətta mənə də əl qaldırıb. Elə deyil, o, sadəcə qısqancdır, gəlini tək heç yerə buraxmayıb, lazım olanda özü aparıb-gətirib. Amma ona fiziki şiddət göstərməyib, uşaqlarına da göz bəbəyi kimi baxıb”.
“Nəvəmi xəbər etmədən məktəbdən aparıblar”
Ay yarımdır nəvəsindən xəbər ala bilməyən Həyat Hüseynova məsələ ilə bağlı narazılığını ifadə edib. O, bildirib ki, gəlin evdən qaçdıqdan sonra nəvəsini də onlara xəbər vermədən məktəbdən aparıblar:
“Nəvələrim heç vaxt fiziki və ya psixoloji təzyiq görməyib. Gəlin gedəndən sonra mən nəvəni məktəbə aparıb gətirirdim. Götürməyə gedəndə gördüm ki, uşağı çıxarmayıblar. Müəlliməsindən soruşdum, dedi ki, anası, sığınacaq rəhbəri Könül Qasımova və Abşeron Rayon İcra Hakimiyyətindən nümayəndə uşağı apardı.
Atasına məlumat verilmədən niyə uşağı aparırlar?
İki aya yaxındır nəvəmin həsrətindəyik, onu bizə göstərmirlər. Könül Qasımova ilə dəfələrlə danışmışıq, “mənim sığınacağımda yoxdular” deyir. Halbuki uşağın foto və videolarını öz səhifəsində paylaşır. Biz düşmənik məgər? Uşağı atasından, nənəsindən niyə ayırırlar? Niyə bizi görüşdürmürlər? Uşağı və gəlini məqsədli şəkildə bizdən soyudurlar”.
“Ailə qadını döyüb, başını kəsmək istəyib”
Məsələ ilə bağlı “Sevgi Uşaq Evi” sığınacağının rəhbəri Könül Qasımova bildirib ki, Kamilə Hüseynli və onun azyaşlı övladı hazırda onun sığınacağında deyil:
“O məsələ ilə Daxili İşlər Nazirliyi, Binəqədi rayon məhkəməsi və Abşeron Rayon İcra Hakimiyyəti məşğuldur. Əvvəl mənim sığınacağımda idilər, sonradan başqa sığınacağa getdilər. Əgər xanım qorunma ilə gəlibsə, başqa sığınacağa gedibsə, mən heç nəyə qarışa bilmərəm. Ailə qadını döyüb, başını kəsmək istəyib. Xanım da dövlətdən mühafizə istəyib və ona mühafizə orderi verilib. Harda olduğu barədə məlumatım yoxdur,” — deyə Könül Qasımova əlavə edib.
Qeyd edək ki, “Sevgi Uşaq Evi” sığınacağının İnstaqram səhifəsində Həyat Hüseynovanın nəvəsinin foto və videoları paylaşılır. Hansı ki, Könül Qasımova saytımıza danışarkən Kamilə Hüseynlinin və onun məktəbli övladının onun sığınacağında olmadığını, hətta hər ikisindən xəbərsiz olduğunu açıqlayıb.
“Fiziki zorakılığın izi yoxdur”
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükufə Məmmədovanın açıqlaması isə belə olub:
“Kamilə Hüseynli və onun azyaşlı övladları ilə bağlı məlumatlar üzrə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlarla birgə zəruri sosial-psixoloji tədbirlər həyata keçirilib.
Ümumillikdə Kamilə Hüseynlinin və hal-hazırda himayəsində olan övladının verdiyi izahatlar ilkin məlumat xarakteri daşıyır. Verilən məlumatların həqiqiliyinə dair yekun qiymətləndirmə yalnız istintaq və məhkəmə orqanlarının səlahiyyətindədir.

O cümlədən, fiziki zorakılıq izinin qeydə alınmaması psixoloji zorakılıq, təhdid və ailə daxilində gərginliyin mövcud olmadığını göstərmir. Məişət zorakılığı hallarında fiziki izlərin olmaması geniş yayılmış praktikadır. Kamilə Hüseynli və övladının müvəqqəti yerləşdiyi sığınacaq müvəqqəti sosial xidmət müəssisəsi olsa da, qadının və azyaşlı uşağının tam təhlükəsizliyi təmin edilib”.

Açıqlamada qeyd olunub ki, uşağın təhsildən kənarda qalmasına yol verilməyib və azyaşlının təhsil hüququ tam qorunub.
Dərslərə onlayn şəkildə qoşulması təmin edilib və davamiyyət üzrə mütəmadi monitorinq aparılır:
“Abşeron Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən Kamilə Hüseynli və sığınacaq rəhbərliyi ilə dəfələrlə əlaqə saxlanılıb, ailədaxili münasibətlərdə barışdırıcı mövqe göstərilib, lakin K.Hüseynli həyat yoldaşı ilə ünsiyyətdən tamamilə imtina edib. Hazırda uşağın atası və digər ailə üzvləri ilə görüşü yalnız psixoloqun rəyinə əsasən tənzimlənir.

Sığınacaq tərəfindən dəvət edilmiş psixoloqun həyata keçirdiyi psixoloji müayinənin rəsmi nəticələrinə əsasən uşaqda atası ilə münasibət zamanı təşviş, səslərə qarşı həssaslıq, ayrılıq narahtlığı, emosional gərginlik kimi əlamətlər mövcuddur. Bu səbəbdən psixoloji sabitliyin bərpası dövründə görüşlərin müvəqqəti məhdudlaşdırılması mütəxəssis qərarıdır. Bu addım cəza xarakteri daşımır, yalnız uşağın mənafeyinə yönəlmişdir.

Gələcəkdə azyaşlının psixoloji durumuna əsasən psixoloqun iştirakı ilə görüş mexanizmi tətbiq oluna bilər. Qeyd edilən bütün tədbirlər uşaq hüquqlarının qorunması, təhlükəizlik və sosial psinsiplər əsasında həyata keçirilir. Yekun hüquqi qərarlar isə aidiyyəti istintaq və məhkəmə orqanları tərəfindən verilir”.
Barəsində cinayət işi açılan Könül Qasımovanın sığınacağı fəaliyyətdədir?
Xatırladaq ki, Könül Qasımova azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” sığınacağının rəhbəridir.
Belə ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılıb və araşdırma aparılırdı.
İyun ayında isə qalmaqalı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildiyi bildirilmişdi.
Qeyd edək ki, “Sevgi evi” Uşaq sığınacağında baş verənlərlə bağlı istintaq yekunlaşıb və iş materialları məhkəməyə göndərilib. Amma qapadılması barədə qərar verilən sığınacaq fəaliyyətdədir. Bu günə qədər nə aidiyyəti məhkəmənin nəticələri açıqlanıb, nə barəsində cinayət işi açılan Könül Qasımova ilə bağlı qərar verilib, nə də sözügedən sığınacağın fəaliyyəti məhdudlaşıb.
Könül Qasımova Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımovun qızıdır.
Mövzunu diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Noyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri