Icma.az
close
up
RU
Bakıda iki yeni park salınacaq ÜNVAN FOTO

Bakıda iki yeni park salınacaq ÜNVAN FOTO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bakı şəhəri ərazisində 300-dən çox park mövcuddur. Son 20 il ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində parklarda əsaslı təmir işləri həyata keçirilib, həmçinin yeni ərazilərdə meşə tipli parklar salınıb".

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində son illər ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə 200-ə yaxın məhəllələrarası park yaradılıb ki, bu da sakinlərin yaşadıqları ərazidə asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır:

"Bakıda Yasamal rayonunda böyük əraziyə malik Meşə parkı, Mərkəzi park, Səbail rayonunda Çəmbərəkənd parkı, Xətai rayonunda Gənclik, Sevirəm parkları salınıb. Yeni salınan və əsaslı təmir edilən parklarda yaşıllıq sahələrinin daha da artırılmasına diqqət yetirilir.

Xətai rayonunda yerləşən Sevirəm parkının genişləndirilməsi ilə bağlı işlər görülüb. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililər sökülüb. Bu ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prosesi həyata keçirilib.

Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülüb. Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində yeni park salınır. Burada da mövcud yaşayış və qeyri yaşayış tikililəri sökülüb, abadlıq-quruculuq işləri görülür.

28 May, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin əhatəsində yeni park salınır. Dəmir yol vağzalının qarşısındakı meydanda təmir-yenidənqurma işləri sona çatıb və ərazi sakinlərin istifadəsinə verilib.

Bundan başqa, Bakının Səbail rayonunda yerləşən Xaqani bağı da əsaslı təmir olunub. Bağın mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1.4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə abadlıq və yenidənqurma işləri aparılıb, yeni park salınıb".

(baku.vs)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri