Icma.az
close
up
RU
Bakıda maşın sürənlərə vacib xəbər: Qadağalar ola bilər... AÇIQLAMA

Bakıda maşın sürənlərə vacib xəbər: Qadağalar ola bilər... AÇIQLAMA

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda artan nəqliyyat sıxlığının qarşısını almaq üçün zaman-zaman müxtəlif təkliflər səsləndirilir. Onlardan biri də “hər ailəyə bir avtomobil” məhdudiyyətinin tətbiq olunması təklifidir.

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Oxu24.com-a açıqlamasında qeyd edib ki, ilk olaraq nəqliyyat sıxlığından danışsaq deyə bilərik ki, Bakıda nəqliyyat sıxlığının əsas səbəbi bölgələrlə bağlıdır:

“Vaxtilə yeni, daimi iş yerlərinin açılmaması vətəndaşları daha çox paytaxta üz tutmağa vadar edib. Bu yaxınlarda Cənab Prezident bəzi yeni icra başçılarını vəzifəyə təyin etdi. Qəbul edərkən bu fikiri səsləndirdi: ”Bölgələrdə dayanıqlı iş yerlərinin açılmasını təmin etsinlər, insanların paytaxta axın etməsinə lüzum qalmasın”.

Bu istiqamətdə müəyyən işlər görülməlidir. İşlər nə qədər tez yerinə yetirilsə, o qədər də faydalı olacaq.  Lakin ümumilikdə nəqliyyat infrastrukturunun düzgün qurulmamasını da qeyd edə bilərik. Çünki, vaxtında bu işlər keyfiyyətli, gələcəyə yönəlik görülmədiyi üçün müvəqqəti həllər tətbiq olundu.  Artıq dövlət proqramı qəbul olunub. Cənab Prezident tərəfindən təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi” ilə bağlı dövlət proqramı var. Bu proqrama uyğun olaraq müəyyən işlər görülür. 

Bakı şəhərində artan nəqliyyat sıxlığı fonunda götürsək, vəziyyət yaxşı deyil. Nəqliyyat sayı, Bakının yolları bir-birinə uyğun deyil. 

“Bir ailəyə bir avtomobil”. Fikrimcə, avtomobillərlə bağlı müəyyən tələb qoymaq olar. Bir ailəyə bir avtomobil tələbi qoymaq olar. Yaxud da avtomobil alan şəxs həm də avtomobili harada parking edəcəyinə dair sənəd gətirməlidir ki, onun parking üçün yeri, qarajı var.  Amma bəzi hallarda isə adamın avtomobili saxlamaq üçün yeri olmadığı halda, 3-4 dənə avtomobili var. Ona görə də tələblər qoyulmalıdır. Həyət evi olanlar sənəd gətirə bilərlər ki, “Mənim həyət evim var, həyətdə avtomobil üçün kifayət qədər yerim var”. 

Hesab edirəm ki, “Hər ailəyə, bir avtomobil” təklifi ümumi nəqliyyat problemini həll edə bilməz. Müəyyən təsir göstərəcək, amma dediyimiz kimi, Bakının nəqliyyat probleminin kökü başqa yerə gedib çıxır. Bu sosial məsələdir. Bunun da dövlət səviyyəsində həlli vacibdir. Həlli yeni yollar çəkməklə də düzəlməyəcək. Nə qədər yol çəkəcəyiksə, o qədər də Bakıda avtomobil çox axacaq, vətəndaş çox gələcək. Bölgələrdən insanlar Bakıya axın edirsə, bunun 50%-i işlə əlaqəlidirsə, 50%-i də Bakıya gələnlərə baxıb bəhsə düşənlərdir ki, “Onlar gedirsə məndə getməliyəm” düşüncələri var”, - deyə ekspert qeyd edib.

Oxunub 8

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Fevral 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri