Icma.az
close
up
RU
Azərbaycanda ətlə bağlı qadağalar olacaq

Azərbaycanda ətlə bağlı qadağalar olacaq

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazirlər Kabinetinin illik hesabatında Azərbaycanda qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması ilə bağlı yeni təşəbbüs irəli sürülüb. Hesabatda qeyd olunur ki, ölkədə ənənəvi olaraq istehlak edilməyən və əti yeyilməsi qəbul olunmayan heyvanların siyahısının hazırlanması və onların satışının qadağan edilməsi məqsədəuyğun hesab olunur. Bildirilir ki, sözügedən siyahının hazırlanması aidiyyəti dövlət qurumlarının iştirakı ilə həyata keçiriləcək. Siyahıya Azərbaycanda qida məqsədilə istifadə olunmayan, sanitar və baytarlıq baxımından risk yarada bilən və ya ictimai qida ənənələrinə uyğun olmayan heyvan növlərinin daxil edilməsi nəzərdə tutulur. Bu addımın əsas məqsədi bazarlarda və ictimai iaşə obyektlərində qeyri-qanuni və ya təhlükəli məhsulların satışının qarşısını almaq, eyni zamanda istehlakçıların sağlamlığını qorumaqdır.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, belə siyahının hazırlanması çox müsbət haldır.
“Azad İstehlakçılar Birliyi bu məsələni dəfələrlə, gündəmə gətirilib. Şükürlər olsun ki, kütləvi informasiya vasitələrinin səsi Nazirlər Kabineti tərəfindən eşidilib. Bu, həqiqətən də böyük uğurdur. Çünki hazırda ölkədə faktiki olaraq heç bir heyvan ətinin satışına qadağa tətbiq olunmayıb. Azad İstehlakçılar Birliyinin ofisində 1963-cü ildə dərc olunmuş kitabça da saxlanılır. Həmin nəşrdə Sovet İttifaqına daxil olan respublikalar arasında yalnız Azərbaycanda eşşək ətinin yeyilməli hesab olunduğu və ona hətta qiymət qoyulduğu göstərilib. Sonradan araşdırmalar nəticəsində məlum olub ki, bu sənədi ermənilər tərtib ediblər və məqsəd Azərbaycan xalqını vəhşi, eşşək əti yeyən xalq kimi təqdim etmək olub. Həmin kitabça bu gün də birlikdə saxlanılır”.
O deyib ki, belə bir siyahının hazırlanması çox müsbət addımdır:
“Çünki bəzən ənənəvi olmayan ətlər məsələn, at və ya eşşək əti digər ətlərlə qarışdırılaraq satışa çıxarılır. Bu isə həm istehlakçıların aldadılması, həm də qida təhlükəsizliyi baxımından ciddi problemlər yaradır. Ona görə də belə təşəbbüsü alqışlayıram. Bu məsələdə yalnız müsəlman və halal standartları ilə kifayətlənmək lazım deyil. Eyni zamanda “Koşer” standartlarına da nəzər yetirilməsi faydalı ola bilər. “Koşer” yəhudilərin qida standartlarıdır və orada kifayət qədər ciddi tələblər mövcuddur. Azərbaycanda halal standartları qəbul edilən zaman mən də çıxış etmişdim və məsələn, onurğasızların, zürafə ətinin və bu kimi bəzi heyvan ətlərinin qadağan olunmasını təklif etmişdim. Lakin halal standartı çox yumşaq şərtlərlə qəbul olundu. Buna görə də müqayisə üçün “Koşer” standartlarına baxılması pis olmazdı. Çünki həmin sistemdə qida ilə bağlı daha sərt və konkret tələblər mövcuddur”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Mart 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri