Icma.az
close
up
RU
Bakıda işdən çıxan 39 yaşlı kişi xalası oğlunu öldürdü TƏFƏRRÜAT

Bakıda işdən çıxan 39 yaşlı kişi xalası oğlunu öldürdü TƏFƏRRÜAT

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Bakının Qaradağ rayonunda 1986-cı il təvəllüdlü Hüseyn Şirinov xalası oğlu Nail Həsənovu qətlə yetirib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 7-də saat 20 radələrində Sahil qəsəbəsinin ərazisində qeydə alınıb.

Həmin gün saat 15 radələrində Cəlilabad rayon sakini H.Şirinovla 1998-ci il təvəllüdlü xalası oğlu Nail Həsənov arasında telefon danışığı zamanı mübahisə yaranıb.

Hüseyn işdən çıxarılmasına görə xalası oğlunu günahkar bilib, onun şirkətdə qalıb işləməsi ilə bağlı mübahisə edib.

Mübahisə təhqirlə müşayiət olunan münaqişəyə çevrilib. Xalası oğlunu öldürmək qərarına gələn Hüseyn saat 20:40-da Sahil qəsəbəsi, Qaradağ stansiyası, “Məhəllə marketi” adlı dükanın qarşısında onunla görüşüb.

Dükanın yaxınlığında olan vaqon dayanacağının içərisində əvvəlcədən gizlətdiyi bıçağı götürüb, köynəyinin sol qolunun altına qoyub. Oraya gələn xalası oğluna yaxınlaşıb, bıçaqla onun ürək nahiyyəsinə zərbə vurub. Zərərçəkmiş aldığı zərbədən ölüb.

İstintaq orqanı tərəfindən H. Şirinovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Nail zəng edərək onunla işi olduğunu deyib və nalayiq ifadələr işlədib: “Məni Qaradağ rayonu ərazisində mağazanın yaxınlığına çağırdı. Qorxutmaq məqsədilə bıçaq götürdüm.

Nailə iki bıçaq zərbəsi vurdum. Jaketindən dartanda bıçaq sinə nahiyəsinə dəydi. Hadisə baş verdikdən sonra özümü itirdiyim üçün Cəlilabada getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, xalası oğlu da, özü də Qaradağ rayonu ərazisində yaşayıblar: “Sement zavodunda birlikdə işləyirdik. Xalam oğlu sürücü idi. Aramızda heç bir problem olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə axşam saatlarında baş verib: “Nail gələndə ona salam verdim, əl uzatdıqda məni vurmağa və boğmağa başladı. Evdən çıxanda Naili qorxutmaq məqsədilə yağ bıçağı götürmüşdüm. Hadisə vaxtı Nail içkiliydi.

Narkoloji dispanserdə qeydiyyatdayam. Psixotrop maddə metamfetamin qəbul edirəm. Hadisə günü də metamfetamin qəbul etmişdim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə H.Şirinov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri