Icma.az
close
up
RU
İşdən çıxarıldığı üçün xalası oğlunu öldürdü

İşdən çıxarıldığı üçün xalası oğlunu öldürdü

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bakının Qaradağ rayonunda 1986-cı il təvəllüdlü Hüseyn Şirinov xalası oğlu Nail Həsənovu qətlə yetirib.

Bakupost.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə aprelin 7-də saat 20 radələrində Sahil qəsəbəsinin ərazisində qeydə alınıb.

Həmin gün saat 15 radələrində Cəlilabad rayon sakini H.Şirinovla 1998-ci il təvəllüdlü xalası oğlu Nail Həsənov arasında telefon danışığı zamanı mübahisə yaranıb.

Hüseyn işdən çıxarılmasına görə xalası oğlunu günahkar bilib, onun şirkətdə qalıb işləməsi ilə bağlı mübahisə edib.

Mübahisə təhqirlə müşayiət olunan münaqişəyə çevrilib. Xalası oğlunu öldürmək qərarına gələn Hüseyn saat 20:40-da Sahil qəsəbəsi, Qaradağ stansiyası, "Məhəllə marketi" adlı dükanın qarşısında onunla görüşüb.

Dükanın yaxınlığında olan vaqon dayanacağının içərisində əvvəlcədən gizlətdiyi bıçağı götürüb, köynəyinin sol qolunun altına qoyub. Oraya gələn xalası oğluna yaxınlaşıb, bıçaqla onun ürək nahiyəsinə zərbə vurub. Zərərçəkmiş aldığı bıçaq yarasından ölüb.

İstintaq orqanı tərəfindən H. Şirinovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Nail zəng edərək onunla işi olduğunu deyib və nalayiq ifadələr işlədib: "Məni Qaradağ rayonu ərazisində mağazanın yaxınlığına çağırdı. Qorxutmaq məqsədilə bıçaq götürdüm.

Nailə iki bıçaq zərbəsi vurdum. Jaketindən dartanda bıçaq sinə nahiyəsinə dəydi. Hadisə baş verdikdən sonra özümü itirdiyim üçün qaçıb Cəlilabada getdim".

Təqsirləndirilən şəxs bildirib ki, xalası oğlu da, özü də Qaradağ rayonu ərazisində yaşayıblar: "Sement zavodunda birlikdə işləyirdik. Xalam oğlu sürücü idi. Aramızda heç bir problem olmayıb".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə axşam saatlarında baş verib: "Nail gələndə ona salam verdim, əl uzatdıqda məni vurmağa və boğmağa başladı. Evdən çıxanda Naili qorxutmaq məqsədilə yağ bıçağı götürmüşdüm. Hadisə vaxtı Nail içkili idi.

Narkoloji dispanserdə qeydiyyatdayam. Psixotrop maddə metamfetamin qəbul edirəm. Hadisə günü də metamfetamin qəbul etmişdim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə H.Şirinov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.

Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbir də tətbiq edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:388
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri