Bakıda itlər sahibini parçalayaraq öldürdü
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Bakıda itlər öz sahibini parçalayaraq öldürüb.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 70 yaşlı Ə.Y saxladığı "Alabay" cinsli itlər sahibinə hücum edib.
Səs-küyə qonşular gəlsələr də itlərin qarşısında aciz qalıblar.
Nəticədə itlər sahibini parçalayaraq öldürüb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Hadisə yerinə polis əməkdaşları çağırılıb.
Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.
Qonşuların bildirdiyinə görə Ə.Y biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.

