Icma.az
close
up
RU
Bakıda JEK lər ləğv edilməyəcək RƏSMİ

Bakıda JEK lər ləğv edilməyəcək RƏSMİ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən ilin 23 dekabrında Nazirlər Kabineti “Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə” 408 nömrəli qərar qəbul edib. Qərara əsasən, köhnə JEK/MKİS strukturlarının bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisələrinin (MMC) yaradılması təşəbbüsü irəli sürülüb. Bu addım yerli icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən MKİS-lərin işinin təkmilləşdirilməsini hədəfləyir.

Modern.az məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxlayıb. Hakimiyyət orqanından bildirilib ki, sözügedən qərar Bakı şəhərinə şamil edilmir:

“Bakıda MKİS-lər ləğv olunmayacaq. Lakin yeni qurum yaradılacaq. Qurumun adı və vəzifə səlahiyyətləri dəyişdiriləcək. Digər detallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul edəcəyi yeni qərarla müəyyən olunacaq”.

Qeyd olunub ki, yanvarın 26-da “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti kommunal xidmətlərin təmin edilməsi məqsədilə müxtəlif növ malların satın alınması üçün  ümumi dəyəri 23 milyon 863 min 427 manat 72 qəpik olan tender elan edilib.

İcra Hakimiyyətindən bildirilib ki, ayrılan vəsait hesabına Bakı şəhəri üzrə tullantı qablarının alınması nəzərdə tutulur.

Qurumdan qeyd olunub ki, tullantı qabları kütləvi istismar şəraitində tez sıradan çıxdığı üçün yeniləri ilə əvəz ediləcək.

Eyni zamanda binaların fasadlarının təmiri də planlaşdırılır. Belə ki, bina üzləri suvanacaq, müxtəlif boya materiallarından istifadə olunacaq. Təmir işlərindən sonra yanğın təhlükəsinin yaranmayacağı bildirilib.

İcra Hakimiyyətindən o da vurğulanıb ki, Mənzil-Kommunal İstismar Sahələrində (MKİS) çalışan işçilər üçün yeni geyim formaları alınacaq.

Qeyd edilib ki, 23 milyon manatlıq vəsaitin xərclənməsinə cavabdeh qurum “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri