Sumqayıtda “JEK”lərin ləğv olunması ilə bağlı rəsmi açıqlama
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son günlərdə Mənzil İstismar Sahələrinin ləğv olunması məsələsi yenidən gündəmə gəlib. Səbəbsə budur ki, MİS-lərin səlahiyyətləri bələdiyyələrin vəzifələri ilə üst-üstə düşür.
Xüsusilə də, Sumqayıtda bəzi MİS-lərin ləğv edildiyi barədə xəbərlər yayılıb.
Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.
İcra Hakimiyyətindən sorğuya cavab olaraq Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli 408 nömrəli Qərarına uyğun olaraq, mənzil-kommunal təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və xidmətlərin səmərəliliyinin artırılması məqsədilə təşkilati yenidənqurma işləri aparılır:
“Bu proses mənzil-kommunal xidmətlərin dayandırılması demək deyil. Hazırda aidiyyəti qurumlar fəaliyyətini davam etdirir. Xidmət göstərilən yaşayış binalarına qulluq, ərazilərin sanitar təmizliyi və digər kommunal xidmətlərin davamlılığı bundan sonra da təmin olunacaq”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 Noyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















