Icma.az
close
up
RU
Bakıda jurnalistin evini yerlə yeksan elədilər Cinayət cidd cəhdlə ört basdır olunur (VİDEO)

Bakıda jurnalistin evini yerlə yeksan elədilər Cinayət cidd cəhdlə ört basdır olunur (VİDEO)

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yasamalda şəxsi evin bir hissəsi sökülüb, MTK sədrini dərhal tutublar. Xətaidə 18 mənzilli iki mülk barbarca dağıdılıb, iki aydır nə cinayət işi qaldıran var, nə də həbs edilən”.

Bu sözləri araşdırmaçı jurnalist Hicran Həmidova əməkdaşımızla söhbətində deyib.

Jurnalistin bildirdiyinə görə, “Konsern İnterturan” MMC-nin sahibi Saday Əhmədovun rayonun Həzi Aslanov qəsəbəsində tikdiyi binadan 10 il əvvəl ev satın alıb. Lakin Əhmədov müvafiq məhkəmə qərarı olmadan, rəsmi bildiriş, alternativ mənzil vermədən, torpağını baha satmaq məqsədilə Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsinin yardımı ilə fevralın 12-dən 13-nə keçən gecə evi yerlə-yeksan eləyib: “İki binada 8-10 ailə mənzil almışdıq. Söküntüyə qədər yardım istəmədiyimiz qurum qalmadı, bizi iqnor elədilər. O gecə Kazımağa Kərimov küçəsi 150A ünvanında polis heç bir əsas olmadan şəxsi əmlakı məhv edənin əmrində idi. Mülk sahibləri və ailə üzvlərini 37-ci bölməyə “paketləyib”, cinayətkarlara rahat şərait yaratdılar. Dövlətin resursları, gücü şəxsi layihəyə görə bizə qarşı istifadə edildi. Gecə söküntüsünün dövlət üçün zərurəti nə idi? Özgənin əmlakını dağıtmaq səlahiyyətini kimdən almışdılar? 102-yə 102 dəfə zəng vurmuşam, soruşan yoxdur “nə dərdin var”? Söküntünün “sifarişçisi”nin də, himayədarının da yüksək çinli məmurlar olduğu deyilir”.

H.Həmidova deyir ki, Fövqəladə Hallar Nazirliyi üzərində həbs qərarı olan mülkün dağıdılmasına “rəy” verib, məhkəmə qərarını iqnor edib, səlahiyyətlərini mənimsəyib: “Buna arxalanıb evimi xarabaya çeviriblər. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən üç əməkdaş dəvətimizlə əraziyə baxış keçirib, “evin tikintisinə dair Agentliyə məlumat daxil olmadığı kimi, texniki vəziyyəti ilə bağlı da müayinə üçün müraciət edilmədiyi” bizə və Xəzər TV-yə sms-lə bildirilib. Üç mərtəbəli evimin cəmi 12 yaşı vardı, cüt daşdandı. İstifadə müddəti 100 ilə hesablanmış tikiliyə qəsdən dağıdılan kanalizasiya zərər verə bilməz. Ağır texnika ilə müdaxilədən, bəlkə də 12 ballıq silkələnmədən sonra da divarlar çox sağlam dayanıb, kiçicik çat da yoxdur. Evin inşaatına cavabdeh iş icraçısı tikinti normativlərinə tam əməl olunduğunu deyir, gördüyü işə kölgə salanların bunu tamah məqsədilə etdiklərinə inanır. Söküntü üçün nə obyektiv səbəb vardı, nə də icrasına hüquqi əsas. 10-dan artıq cinayət tərkibi olmasına rəğmən, prokuror cinayət işi açmağa tərəddüd edir. İradəm əleyhinə, əmlakım yer üzündən silinib, rəsmi sorğularım cavablandırılmır”.

Həmkarımız araşdırıb, S.Əhmədov daha əvvəl iki bankdan kredit götürüb, girov predmeti olan əmlaklarının dəyərini xeyli şişirdərək bankları özünə “borclandırıb”: “Uzun illər ölkədən çıxışına “STOP” qoyulmuşdu. Banklar ona pul verməyəndən sonra mənim kimi vətəndaşları hədəf alıb: özünə aid 4 ha ərazidə torpaq və ev satır, ehtiyacı olanları alır, bir müddət sonra “ucuz satdığıma qərar verdim”, deyib əmlakı geri tələb edir. Çox adamla münaqişədədir. Bu məntiqlə banklara ehtiyac yoxdur, hər kəs bir-birinin pulunu alıb sərmayə eləsin, 10-15 il sonra da qəpiyinəcən qaytarsın. Dələduzluğa görə həbs edən də yoxdur”.

Xətai rayonunun prestijli Həzi Aslanov qəsəbəsində daşınmaz əmlakın dəyərinin indi çox yüksək olduğunu deyən xanım jurnalist, S.Əhmədovun 2019-cu ildə təkcə bir binanı 2,6 milyon manat qiymətləndirdiyini bildirir. 6 ildə daşınmaz əmlak bazarında qiymətlər xeyli artıb. Alıcı kimi öhdəliyini yerinə yetirib “pod mayak” evin qiymətinin 100%-ni, təmirin 70%-ni ödəsə də, Əhmədov əvəzində ona nəsə verməyib. Müqavilə üzrə mənzili tam təmirlidir: “Bizə satdığı əmlakı 6 il əvvəl qiymətləndirmək onun nəyinə lazım olub, bunun ciddi araşdırılmasına ehtiyac var. Mən Saday dayıya borc verməmişəm ki, illər sonra qaytarsın, atası İsax babaya da borcum yoxdur. Və mən bank deyiləm ki, ondan faizi ilə geriyə pul alım. Özüm də vəsaitimi dəyərləndirə bilərdim, necə ki evi alanda bir qədər pulumu da qiymətli kağızlara sərmayə yatırmışam. 2016-cı ildə əldə etdiyim səhmlər nominalının 1000%-nə qədər xalis mənfəət gətirib. Əhmədova ödədiyim pula birjada 1000-1500 səhm ala bilərdim, dəyəri indi yarım milyon manatı keçir. Bundan qazanacağım dividend də 100-150 min manatın üzərindədir. 15 ildə qaytarmadığı kredit, bankın mülkiyyətçisi olaraq mənim üçün itirilmiş mənfəətdir. Əldən çıxmış faydamın miqyası böyükdür. İndi onun məndən qazandıqlarını təsəvvür edin. Mənə borcu səhmlərimin dəyərinə, qazandırdığı xalis mənfəətə uyğun hesablansa, uduzacaq. 10 il əvvəl metro ətrafında ondan ucuz mənzil ala bilərdim. Lakin evin şərtlərini - səmti, tikilişi, alçaqmərtəbəli (villa) olmasını bəyəndiyimdən ona üstünlük verdim. İndi orada həmin qiymətə 10 kv/m. ala bilmərəm. Evə aldığım əşyalar da 9 il sonra mağazadan “itib””.

Mənzilini ona təhvil vermədiyinə dair H.Həmidovanın şikayətlərini qurumlar 8 ildə məhkəməyə “daşıya” bilməyiblər: “Qərarverici və icraedici orqanlar tərəfsiz, müstəqil olsaydılar Prezident Administrasiyasında qəbullara ehtiyac qalmazdı. Əhmədova dair məhkəmə qərarları icra olunmur. Bizim evin sakinlərini Xətai Məhkəməsi Səbailə, Səbail Məhkəməsi Xətaiyə “ötürür”. İl keçib, ortada nə qərar var, nə də ev! Bütün əmlakını, o cümlədən dəfələrlə satıb, geri aldığı o “matah” torpağı dövlət hərraca çıxartmadıqca rahat durmayacaq. 12 ildə vəsaitimizi sərmayə edib, sərvətinə sərvət qatıb, sayəmizdə qanunsuz varlanıb, indi deyir “yalnız ödədikləri pulu verəcəm, niyə mən itirməliyəm”? Onun arxasında oliqarx-məmurlar, bizim də, yanılmıramsa, dövlətimiz var. Dövlətin bir ovuc məmurlardan ibarət olmadığına inanıram!” 

Azərbaycan Konstitusiyasının 13-cü, Mülkiyyət maddəsi, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi vətəndaşın mülkiyyət toxunulmazlığı və dövlət tərəfindən müdafiəsini tanıyır. H.Həmidova evini həmin yerdə və daha üstün şərtlərlə geri istədiyi kimi (necə deyərlər – gözə-göz, dişə-diş), mülkünün dağıdılmasında birbaşa və dolayısı ilə, hərəkət və hərəkətsizliyi ilə iştirak edənlərin də Cinayət Məcəlləsinin 178; 186; 222-1; 292; 294; 297; 303; 306; 309; 310-cu və sair və ilaxır maddələri ilə layiqli cəzalandırılmasını tələb edir: “Prezident də xalqı ictimai nəzarətdə aktiv olmağa çağırır. Hadisənin dövlət başçısına məruzə ediləcəyinə ümidliyəm”. 







“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:338
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Aprel 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri