Icma.az
close
up
RU
Bakıda 18 mənzilli evi yerlə yeksan elədilər: Hadisə niyə ört basdır edilir? Foto

Bakıda 18 mənzilli evi yerlə yeksan elədilər: Hadisə niyə ört basdır edilir? Foto

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Yasamalda şəxsi evin bir hissəsi sökülüb, MTK sədrini dərhal tutublar. Xətaidə 18 mənzilli iki mülk dağıdılıb, iki aydır nə cinayət işi qaldıran, nə də həbs edilən var”. Bu sözləri araşdırmaçı jurnalist Hicran Həmidova əməkdaşımızla söhbətində deyib.

Jurnalistin bildirdiyinə görə, “Konsern İnterturan” MMC-nin sahibi Saday Əhmədovun rayonun Həzi Aslanov qəsəbəsində tikdiyi binadan 10 il əvvəl ev satın alıb: “Lakin Əhmədov müvafiq məhkəmə qərarı olmadan, rəsmi bildiriş göndərmədən, alternativ mənzil vermədən, torpağını baha qiymətə satmaq məqsədilə fevralın 12-dən 13-nə keçən gecə evi yerlə-yeksan edib: “İki binada 8-10 ailə mənzil almışdıq. Söküntüyə qədər yardım istəmədiyimiz qurum qalmadı, bizi iqnor elədilər. O gecə Kazımağa Kərimov küçəsi 150A ünvanında polisin nəzarəti altında söküntü aparılıb. Mülk sahibləri və ailə üzvlərini isə həmin vaxt 37-ci bölməyə çağırıblar. 102-yə 102 dəfə zəng vurmuşam, soruşan yoxdur “nə dərdin var”? Söküntünün “sifarişçi”sinin də, himayədarının da yüksək çinli məmurlar olduğu deyilir”.

Hicran Həmidova deyir ki, Fövqəladə Hallar Nazirliyi, üzərində həbs qərarı olan mülkün dağıdılmasına “rəy” verib, məhkəmə qərarını iqnor edib, səlahiyyətlərini mənimsəyib: “Buna arxalanıb evimi xarabaya çeviriblər. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən üç əməkdaş dəvətimizlə əraziyə baxış keçirib, “evin tikintisinə dair Agentliyə məlumat daxil olmadığı kimi, texniki vəziyyəti ilə bağlı da müayinə üçün müraciət edilmədiyi” bizə və Xəzər TV-yə SMS-lə bildirilib. Evimin cəmi 12 yaşı vardı, cüt daşdan idi. İstifadə müddəti 100 ilə hesablanmış tikiliyə guya dağılmış kanalizasiya zərər verə bilərmiş. Amma qəsdən dağıdılan kanalizasiya bu binaya zərər verə bilməz. Ağır texnika ilə müdaxilədən, bəlkə də 12 ballıq silkələnmədən sonra da divarlar çox sağlam dayanıb, kiçicik çat da yoxdur. Evin inşaatına cavabdeh iş icraçısı tikinti normativlərinə tam əməl olunduğunu deyir, gördüyü işə kölgə salanların bunu tamah məqsədilə etdiklərinə inanır. Söküntü üçün nə obyektiv səbəb vardı, nə də icrasına hüquqi əsas. Bu hadisələrin içində 10-dan artıq cinayət əməlinin olmasına rəğmən, Prokurorluq cinayət işi açmağa tərəddüd edir. İradəm əleyhinə, əmlakım yer üzündən silinib, rəsmi sorğularım cavablandırılmır”.

Xətaidə 18 mənzilli mülk / Foto: Hicran Həmidova

Jurnalistin sözlərinə görə Saday Əhmədov daha əvvəl iki bankdan kredit götürüb: “Girov predmeti olan əmlaklarının dəyərini xeyli şişirdərək bankları özünə “borclandırıb. “Uzun illər ölkədən çıxışına “STOP” qoyulmuşdu. Banklar ona pul verməyəndən sonra mənim kimi vətəndaşları hədəf alıb: özünə aid 4 ha ərazidə torpaq və ev satır, ehtiyacı olanları alır, bir müddət sonra “ucuz satdığıma qərar verdim”, deyib əmlakı geri tələb edir. Çox adamla münaqişədədir. Bu məntiqlə banklara ehtiyac yoxdur, hər kəs bir-birinin pulunu alıb sərmayə eləsin, 10-15 il sonra da qəpiyinəcən qaytarsın. Dələduzluğa görə həbs edən də yoxdur”.

Xətai rayonunun prestijli Həzi Aslanov qəsəbəsində daşınmaz əmlakın dəyərinin indi çox yüksək olduğunu deyən xanım jurnalist, Saday Əhmədovun 2019-cu ildə həmin mülkü 2,6 milyon manat qiymətləndirdiyini bildirir. 6 ildə daşınmaz əmlak bazarında qiymətlər xeyli artıb. Alıcı kimi öhdəliyini yerinə yetirib “pod mayak” evin qiymətinin 100%-ni, təmirin 70%-ni ödəsə də, Əhmədov əvəzində ona nəsə verməyib. Müqavilə üzrə mənzili tam təmirlidir: “6 il əvvəl bizə satdığı əmlakı qiymətləndirmək onun nəyinə lazım olub, bunun ciddi araşdırılmasına ehtiyac var. Mən Saday dayıya borc verməmişəm ki, illər sonra qaytarsın. Və mən bank deyiləm ki, ondan faizi ilə geriyə pul alım. Özüm də vəsaitimi dəyərləndirə bilərdim, necə ki evi alanda bir qədər pulumu da qiymətli kağızlara sərmayə yatırmışam. 2016-cı ildə əldə etdiyim səhmlər nominalının 1000%-nə qədər xalis mənfəət gətirib. Əhmədova ödədiyim pula birjada 1000-1500 səhm ala bilərdim, dəyəri indi yarım milyon manatı keçərdi. Bundan qazanacağım dividend də 100-150 min manatın üzərindədir. 15 ildə qaytarmadığı kredit, bankın mülkiyyətçisi olaraq mənim üçün itirilmiş mənfəətdir. Əldən çıxmış faydamın miqyası böyükdür. İndi onun məndən qazandıqlarını təsəvvür edin. Mənə borcu səhmlərimin dəyərinə, qazandırdığı xalis mənfəətə uyğun hesablansa, uduzacaq. 10 il əvvəl metro ətrafında ondan ucuz mənzil ala bilərdim. Lakin evin şərtlərini - səmti, tikilişi, alçaqmərtəbəli olmasını bəyəndiyimdən ona üstünlük verdim. İndi orada o qiymətə 10 kv/m. Yaşayış sahəsi ala bilmərəm. Evə aldığım əşyalar da 9 il sonra mağazadan “itib””.

Hicran Həmidovanın şikayətlərini hüquq-mühafiqə orqanları 8 ildə məhkəməyə “daşıya” bilməyiblər: “Qərarverici və icraedici orqanlar tərəfsiz, müstəqil olsaydılar, Prezident Administrasiyasında qəbullara ehtiyac qalmazdı. Əhmədova dair məhkəmə qərarları icra olunmur. Bizim evin sakinlərini Xətai Məhkəməsi Səbailə, Səbail Məhkəməsi Xətaiyə “ötürür”. İl keçib, ortada nə qərar var, nə də ev! Bütün əmlakını, o cümlədən dəfələrlə satıb, geri aldığı o “matah” torpağı dövlət hərraca çıxartmadıqca ağsaqqal rahat durmayacaq. 12 ildə vəsaitimizi səraməyə edib, sərvətinə sərvət qatıb, sayəmizdə varlanıb, indi də uyğun kompensasiya məbləğini ödəməkdən boyun qaçırır. Onun arxasında oliqarx-məmurlar, bizim də yanımızda dövlətimiz var. Dövlətin bir ovuc məmurlardan ibarət olmadığına inanıram”.

Jurnalist ümid edir ki, hüquq-mühafizə orqanları hüquqlarının bərpası üçün tələb olunan addımları ən qısa zamanda atacaq.

Emin, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri