Icma.az
close
up
RU
“Paşinyan cinayət törədib ört basdır etməyə çalışır POLİTOLOQ NİKOLUN TAKTİKİ BƏYANATINDAN DANIŞDI

“Paşinyan cinayət törədib ört basdır etməyə çalışır POLİTOLOQ NİKOLUN TAKTİKİ BƏYANATINDAN DANIŞDI

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasındakı çıxışında ictimaiyyətin gülüş hədəfinə çevrilən açıqlama verib.

Avtosfer.az xəbər verir ki, həm regionda, həm də beynəlxalq arenada müxtəlif vaxtlarda gülünc çıxışları ilə gündəmə gələn Paşinyan bu dəfə hədəfi məlum olmayan açıqlaması ilə yenə də diqqət toplayıb.

Belə ki, ötən həftə Qarabağdakı seperatçı qurumun rəhbəri olan Arayik Arutyunyanın  çıxışından sonra Paşinyan məqsədi müəmmalı olan çıxışında deyib: "Əlimizdəki kəşfiyyat məlumatlarına görə, Bakıda məhkəməsi gedən erməni əsirlərə qadağan olunmuş psixotrop maddələr verilir..."

Ermənistanın baş nazirinin dedikləri ilə bağlı saytımıza açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, ölkəmizdə mühakimə edilən adamları seperatçı liderlər kimi təqdim edirlər. əslində bu adamlar seperatçı deyil:

“Onlar Ermənistanın tabeliyində olan, eləcə də Ermənistan büdcəsindən maliyyələşən işğalçı administrasiyadır. Lakin indi Arayik Arutyunyan deyir ki, onu 44 günlük müharibədə Gəncə və Bərdənin mülki əhalisini bombardıman etməkdə ittiham edirlər. Bu, birbaşa müharibə qanunlarının pozuntusudur, cinayətdir. Arayik də deyir ki, o, əmri özbaşına verməyib, ona bu göstəriş Ermənsitandan gəlib. Ermənsitanda da bu göstərişi kim verə bilər? Baş nazir. Çünki bu postda əyləşən adam həm də Ermənistan silahlı qüvvələrinin komandanıdır və bütün əmrləri də o verir. Nikol Paşinyan da açıqlama verib ki, mühakimə edilən şəxslərin dediklərinə inanmayın, onlar psixotrop maddələrin təsiri altında bunu deyir. Paşinyanın məqsədi öz cinayətini ört-basdır etməkdir. Çünki Paşinyan bilir ki, mühakimə edilən şəxslərin dedikləri ətrafında məsələlər tam dəqiqləşdiyi zaman digər cinayətkarlar barədə də qərar çıxara bilərik. Əslində məsələ çox ciddidir, əvvəlcə Ermənistanın faşist ideologiyası ittiham olunmalıdır”.

Tofiq Zülfüqarov əlavə edib ki, bu, sonuncu bəyanat deyil. Paşinyandan sonra məhkəmədə kimlərin adı çəkiləcəksə, hamısı bu cür bəyanatlar verib mühakimə edilənlərin təsir və təzyiq altında danışdığını deyəcəklər:

“Ermənistan indiki halda bizə qarşı bütün vasitələrdən istifadə etməyə çalışacaq. İstər havadarlarından, istərsə də erməni diasporasından ciddi dəstək gözləyəcək. Ermənistanın bizə qarşı işğalçılıq siyasəti təkcə torpaqlarımızla bağlı planlar çərçivəsində deyildi, istər iqtisadi, istər təbliğat və ideologiya istiqamətində gördükləri işlərin nəticəsində baş vermişdi. Hələ də biz Ermənistanın törətdiyi istər işğalçılıq siyasəti, istərsə də terror nəticəsində vurduğu iqtisadi zərərlərlə mübarizə aparırıq”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Yanvar 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri