Kafe və restoranlarda ən çox və ən az pul xərclənən rayonların siyahısı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən il ərzində Azərbaycanda iaşə (kafe, restoran, çayxana və s.) dövriyyəsi 2 milyard 374,3 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iaşə dövriyyəsi son bir ildə 13,2% artıb.
Qeyd edək ki, iaşə dövriyyəsinin 71%-dən çoxu – 1 milyard 696 milyon manatı paytaxt Bakının payına düşüb.
Bakıdan sonra iaşə dövriyyəsi ən çox Sumqayıt və Gəncə şəhərlərində qeydə alınıb. Bu şəhərlərdə iaşə dövriyyəsi müvafiq olaraq 53 milyon və 48,8 milyon manat olub.
İaşə dövriyyəsinin ən az olduğu rayon isə Füzuli olub. Füzuli rayonunda il ərzində cəmi 34 min manatlıq iaşə dövriyyəsi olub.
İaşə dövriyyəsinin ən çox olduğu 10 şəhər və rayon aşağıdakı kimidir:
Bakı şəhəri – 1 milyard 696 milyon manat;
Sumqayıt şəhəri – 53 milyon manat;
Gəncə şəhəri – 48,8 milyon manat;
Qəbələ rayonu – 28,3 milyon manat;
Xaçmaz rayonu – 27,2 milyon manat;
Bərdə rayonu – 26 milyon manat;
Lənkəran rayonu – 25,1 milyon manat;
Abşeron rayonu – 22 milyon manat;
Şamaxı rayonu – 19,5 milyon manat;
Yevlax rayonu – 17,8 milyon manat.
İaşə dövriyyəsinin ən az olduğu 10 şəhər və rayon isə aşağıdakı kimidir:
Füzuli rayonu – 34 min manat;
Ağdam rayonu – 59,4 min manat;
Xankəndi şəhəri – 260,2 min manat;
Daşkəsən rayonu – 720 min manat;
Sədərək rayonu – 1,3 milyon manat;
Şahbuz rayonu – 2,2 milyon manat;
Siyəzən rayonu – 2,3 milyon manat;
Lerik rayonu – 2,37 milyonmanat;
Kəngərli rayonu – 2,4 milyon manat;
Xızı rayonu – 2,8 milyon manat.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bakıda kafe restoranlara ən çox pul xərclənən rayonların SİYAHISI
27 Avqust 2025 18:47
Bakıda kafe restoranlara ən çox pul xərclənən rayonlar SİYAHI
26 Avqust 2025 12:51
Kafe və restoranlarda ət yoxlaması başlayıb
05 Noyabr 2025 16:25
Bir ayda ən çox və ən az işləyənlər
15 May 2025 15:48
Dünyanın ən çox və ən az yatan ölkələri
15 Mart 2025 08:06
Baxış sayı:116
Bu xəbər 20 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















