Icma.az
close
up
RU
Bakıda kafedə insident: 47 yaşlı kişi sevgilisini ağır yaraladı TƏFƏRRÜAT

Bakıda kafedə insident: 47 yaşlı kişi sevgilisini ağır yaraladı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakının Nəsimi rayonunda 1978-ci il təvəllüdlü Məmməd qeyri-rəsmi münasibətdə olduğu Könülə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, R.Məmmədov 15 ünvanında yerləşən “Qızıldaş” kafesində baş verib. Məmməd tanışı Könül münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı masanın üzərində olan stəkanı götürüb və onun alın nahiyəsindən vurub. 
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, , Könül ilə 2 ilə yaxındır qeyri-rəsmi olaraq münasibətdədir: 
“Biz birlikdə işlədiyimiz “Qızıldaş” kafesində tanış olmuşuq. Lakin təxminən 1 il olar ki, aramızda olan mübahisələrə görə Könül məndən ayrılıb. Məlum hadisə günü, saat 10:00-da Könülün işlədiyim “Qızıldaş” kafesinin yanından keçdiyini gördüm. Yaxınlaşaraq ona hadisədən 1 həftə əvvəl mənə nə üçün yazdığını və hadisədən əvvəlki gün harada olduğunu soruşdum. Lakin Könül kobud danışdı, məni təhqir etməyə başladı. 
Daha sonra Könüldən uzaqlaşaraq işlədiyim kafenin kilidini açaraq içəri daxil oldum. Bu zaman Könül də içəri daxil oldu. Mən kafeni tərk etməyini tələb etsəm də, Könül kafedən çıxmadı. Mən spirtli içkinin təsirində olduğum üçün stolun üstündə olan şüşə stəkanı onun alın nahiyəsinə vuraraq ona xəsarət yetirdim. Daha sonra əməlimdən peşman olsam da,  Könül ağlayaraq həmin kafedən çıxdı”. 
İş üzrə zərərçəkən Könülün sözlərinə görə, Məmmədlə 2 ilə yaxındır qeyri-rəsmi olaraq münasibətdədir: 
“Biz birlikdə işlədiyimiz "Qızıldaş" kafesinde tanış olmuşuq. Lakin təxminən 1 il olar ki, aramızda olan mübahisələrə görə ondan ayrılmışam. Ayrıldıqdan sonra "Qızıldaş" kafesindən işdən çıxdım. Lakin ayrıldığım gündən Məmməd məni mütəmadi olaraq narahat edib. Hadisə günü saat təxminən 10:00-da yaşadığım mənzildən çıxaraq işlədiyim "Oğuz" kafesinə gedərkən Məmməd məni "Qızıldaş" kafesinin yanında gördü və yanıma gəldi. Yaxınlaşan zaman onun içkili olduğunu hiss etdim. Məmməd məndən əvvəlki gün harada olduğumu soruşdu. Mən isə harada olduğum ona nə üçün maraqlı olduğunu soruşdum. 
Məmməd məni nalayiq ifadələrlə təhqir etməyə başladı. Dəfələrlə onu sakitləşdirməyə çalışdım. Məmməd mənim ailə üzvlərimi təhqir edə-edə işlədiyi kafenin kilidini açaraq içəri keçdi. Məndə onun arxasınca getdim. Ondan nə üçün məni təhqir etdiyini soruşdum. Bu zaman Məmməd əlindəki şüşə stəkanı  başıma atdı. Stəkan alnıma dəyərək sındı və alnımın sağ tərəfindən qan axmağa başladı. Kafedən çıxaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə yaxınlaşaraq tanışım Məni döyməsi barədə məlumat verdim”.
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb.  
Məhkəmənin hökmü ilə Məmməd 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri