Icma.az
close
up
RU
Bakıda 39 yaşlı kişi sevgilisini oğurluqda ittiham etdi, sonra isə... TƏFƏRRÜAT

Bakıda 39 yaşlı kişi sevgilisini oğurluqda ittiham etdi, sonra isə... TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Nəsimi rayonunda 39 yaşlı kişi sevgi münasibətində olduğu qadına qarşı cinayət törədib. 
Demokrat.az-
ın əldə etdiyi xəbərə görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ruslan Cəmilov həmin gün saat 21 radələrində yaşadığı mənzildə Aynurə Əsədova (adlar şərtidir – red.) ilə aralarında mübahisə yaranıb. 
Ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı R. Cəmilov qəsdən yumruqla vuraraq qadına xəsarət yetirib. 
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2024-cü ilin iyul ayında tanış olublar: “Sonradan münasibətlərimiz ciddiləşdiyindən təqribən iki aya yaxındır ki, Aynurə və onun övladları ilə birlikdə kirayə mənzildə yaşamışıq. Hazırda Rus kilsəsinin yaxınlığında yeni tikilən binada fəhlə işləyirəm. Yaşadığımız evdə Aynurədən xəbərsiz yatağın altında 300 manat pul gizlətmişəm. Hadisə günü təqribən saat 21 radələrində gizlətdiyim pulu yatağın altında görmədim. Bu barədə Aynurədən soruşdum. O da xəbəri olmadığını dedi. Daha sonra aramızda mübahisə yarandı və mübahisə zamanı əsəbləşərək yumruqla onu vurdum. Onun sol göz nahiyəsinə xəsarət yetirdim. Həmin vaxt evdə Aynurənin azyaşlı övladları olublar. Mən törətdiyim əməldən peşmanam”.
İş üzrə zərərçəkmiş A. Əsədovanın sözlərinə görə, dörd övladı ilə birlikdə yaşayır: “2023-cü ildə ərimdən boşanmışam. 2024-cü ilin yay aylarında təqsirləndirilən şəxs ilə tanış olmuşam və iki aya yaxındır ki, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində birlikdə  yaşayırıq. Ruslan məni qısqandığı üçün aramızda mütəmadi olaraq mübahisələrimiz olub. Sonuncu dəfə yaşadığımız evdə təqsirləndirilən şəxs guya mənzildə gizlətdiyi pulunu oğurlamasını dedi. Mənimlə mübahisə yaratdı və yumruqla sol göz nahiyəmə vuraraq xəsarət yetirdi. Hadisə zamanı evdə azyaşlı övladlarım olub”.
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə R. Cəmilov 1500 manat məbləğində cərimə olunub. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri