Bakıda keçiriləcək UFC turnirinin tarixi açıqlanıb
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Bakı dünyanın ən böyük qarışıq döyüş sənətlərinin təbliğatı olan UFC-nin daha bir tədbirinə ev sahibliyi edə bilər.
İdman.Biz-in FightTime-a istinadən verdiyi məlumata görə, növbəti UFC Fight Night tədbiri iyunun 28-də Azərbaycan paytaxtında keçirilə bilər. Lakin təşkilatın nümayəndələri hələlik tədbiri rəsmi olaraq təsdiqləməyiblər.
Qeyd olunur ki, UFC-nin Bakıdakı tədbirləri illik tədbirə çevrilə bilər. Xatırladaq ki, liqanın Azərbaycandakı debüt tədbiri 21 iyun 2025-ci ildə Kristal Zalda baş tutub. Əsas yarışda yarımağır çəkidə amerikalı Xəlil Rauntri Camal Hilli yekdil qərarla məğlub edib.
Turnirdə Azərbaycanlı döyüşçülər Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev də mübarizə aparıblar. İlk iki döyüşçü İqnasio Bahamondesi (Çili) və Nikolas Mottanı (Braziliya) məğlub edib, Musayev isə Mıktıbek Orolbayevə (Qırğızıstan) məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:339
Bu xəbər 16 Mart 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















