Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, plana uyğun olaraq, yaralıların təxliyəsi, humanitar yüklərin və şəxsi heyətin daşınması, eləcə də aşağı hündürlükdə uçuşlar icra edilib. Bununla yanaşı, aviasiya vasitələrində yarana biləcək müxtəlif nasazlıqların aradan qaldırılması zamanı heyətlərin fəaliyyəti yoxlanılıb.
NATO qiymətləndiricilər qrupu tərəfindən bəyan edilmiş helikopter cütlüyü və onun ekipaj heyətinin, o cümlədən aidiyyəti bölmələrin imkan və qabiliyyətləri yüksək qiymətləndirilib.
Baxış sayı:36
Bu xəbər 29 Oktyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















