Icma.az
close
up
RU
Bakıda kəndirlə mübarizə idman növü üzrə beynəlxalq Turan Kuboku keçiriləcək

Bakıda kəndirlə mübarizə idman növü üzrə beynəlxalq Turan Kuboku keçiriləcək

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 mart, AZƏRTAC

Martın 11-də Milli Olimpiya Komitəsində (MOK) Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) nümayəndə heyəti ilə görüş olub.

MOK-dan AZƏRTAC-a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) prezidenti Ralf Brauninger, qurumun baş katibi Anders Andersson, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri Elnur Şıxəliyev iştirakı ilə baş tutan görüşdə bu idman növü ilə bağlı müzakirələr aparılıb.

MOK-un Baş katibi Azər Əliyev ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. O, bildirib ki, Milli Olimpiya Komitəsi Avropa Kəndirlə Mübarizə Federasiyasına ölkəmizdə bu idmanın inkişafı üçün lazımi dəstək göstərməyə hazırdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən beynəlxalq federasiyanın prezidenti almaniyalı Ralf Brauninger ölkəmizə səfəri barədə danışıb. O, səfər çərçivəsində kəndirlə mübarizə idman növünün inkişafı üçün bir sıra görüşlərdə iştirak etdiyini qeyd edib. Qonaq martın 9-da Abşeron Olimpiya İdman Kompleksində idmançılar, məşqçilər və hakimlər üçün seminar keçirildiyini qeyd edərək öz təcrübəsini yerli idmançılarla bölüşdüyünü bildirib.

Ralf Brauninger həmçinin, iyun ayında Bakıda kəndirlə mübarizə idman növü üzrə beynəlxalq səviyyəli "Turan Kuboku"nun keçiriləcəyini bildirib.

Görüş zamanı Azərbaycanda kəndirdartma idman növünün inkişafı istiqamətində görülən işlər, Avropa Kəndirlə Mübarizə Federasiyası ilə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri