Icma.az
close
up
RU
Kəndirlə mübarizə idman növü üzrə I “Turan Kuboku beynəlxalq turnir baş tutub FOTO

Kəndirlə mübarizə idman növü üzrə I “Turan Kuboku beynəlxalq turnir baş tutub FOTO

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mayın 30-31-də ölkəmiz daha bir beynəlxalq yarışa - kəndirlə mübarizə idman növü üzrə I “Turan Kuboku" beynəlxalq turnirinə uğurla ev sahibliyi edib. 

Sherg.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Bakı şəhər Gənclər və İdman İdarəsinin, Milli İdman Növləri Assosiasiyasının, Tibb Universitetinin, Beynəlxalq və Avropa Kəndirlə Mübarizə Federasiyasının dəstəyi Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş turnir Bakı Su İdmanı Sarayında təşkil olunub. 

Turnirin birinci günündə Türkdilli ölkələrin mədəniyyətini əks etdirən konsert və rəsm sərgisi ilə təntənəli açılış mərasimi keçirilib.

Mərasimdən öncə ümummilli lider Heydər Əliyevin və Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Sonra İncəsənət Gimnaziyanın rəqs qrupları Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan milli rəqsləri, həmçinin İncəsənət Gimnaziyasının şagirdi Sevil Məmmədova və İncəsənət Gimnaziyanın xoru "Çırpınırdı qara dəniz" və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Elvin Abdullayev "Ana yurd" mahnılarını ifa ediblər.

Sonra Beynəlxalq Kəndirlə Mübarizə Federasiyasının birinci vitse-prezidenti Pete Dyer və Avropa Kəndirlə Mübarizə Federasiyasının prezidenti Ralf Braununger, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, Avropa Kəndirlə Mübarizə Federasiyasının birinci vitse-prezidenti və Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti Elnur Şıxəliyev çıxış edərək turnirin əhəmiyyətini vurğulayıblar.

Elnur Şıxəliyev “Turan Kuboku” turniri layihəsinin hər il Türkdilli ölkələrin birində keçiriləcəyini bildirib və növbəti il üçün xüsusi hazırlanmış simvolik açarı Türkiyə Kəndirlə Mübarizə Federasiyasının prezidenti Eray Aldəmirə təqdim edib. 

O, həmçinin turnir üçün hazırlanmış xalçaları qonaqlara hədiyyə edib.

Turnirin ikinci günündə yarışa start verilib. Turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Pakistan, Hindistan, İran, Gürcüstan, Səudiyyə Ərəbistanı, Sudan, Cənubi Afrika komandaları iştirak ediblər. 

23 yaşa qədər oğlanların mübarizəsində Azərbaycan komandası birinci yerə layiq görülüb. Türkiyə komandası ikinci, Pakistan komandası isə üçüncü olub. 23 yaşa qədər qarışıq (mixed) kateqoriyada Qazaxıstan komandası birinci yerə sahib çıxıb. Azərbaycan komandası ikinci, Türkiyə komandası isə üçüncü yerlə kifatətlənib. Kişilərin mübarizəsində Qazaxıstan komandası turnirin qalibi adını qazanıb. Pakistan Komandası ikinci, Azərbaycan komandası isə üçüncü olub. 

Böyüklərdə qarışıq (mixed) kateqoriyada Qazaxıstan birinci, Azərbaycan ikinci, İran isə üçüncü yeri tutub. 

Turnirdə fərqlənən komandalara Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib. Qaliblər həmçinin Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyi tərəfindən yarış üçün xüsusi hazırlanmış medal və kuboklarla təltif olunublar. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyun 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri