Icma.az
close
up
RU
Bakıda “Turan kuboku” keçiriləcək

Bakıda “Turan kuboku” keçiriləcək

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Olimpiya Komitəsində (MOK) Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) nümayəndə heyəti ilə görüş olub.

MOK-dan verilən məlumata görə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, Avropa Kəndirlə Mübarizə Federasiyasının prezidenti Ralf Brauninger, qurumun baş katibi Anders Andersson, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri Elnur Şıxəliyevin iştirakı ilə baş tutan görüşdə bu idman növü ilə bağlı müzakirələr aparılıb.

MOK-un baş katibi Azər Əliyev ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. O bildirib ki, Milli Olimpiya Komitəsi Avropa Kəndirlə Mübarizə Federasiyasına ölkəmizdə bu idmanın inkişafı üçün lazımi dəstək göstərməyə hazırdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən beynəlxalq federasiyanın prezidenti almaniyalı Ralf Brauninger ölkəmizə səfəri barədə danışıb. O, səfər çərçivəsində kəndirlə mübarizə idman növünün inkişafı üçün bir sıra görüşlərdə iştirak etdiyini qeyd edib. Qonaq martın 9-da Abşeron Olimpiya İdman Kompleksində idmançılar, məşqçilər və hakimlər üçün seminar keçirildiyini qeyd edərək öz təcrübəsini yerli idmançılarla bölüşdüyünü bildirib.

Ralf Brauninger, həmçinin iyun ayında Bakıda kəndirlə mübarizə idman növü üzrə beynəlxalq səviyyəli “Turan Kuboku”nun keçiriləcəyini bildirib.

Görüş zamanı Azərbaycanda kəndirdartma idman növünün inkişafı istiqamətində görülən işlər, Avropa Kəndirlə Mübarizə Federasiyası ilə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.

Leyla QURBANOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri