Icma.az
close
up
RU
Bakıda kirayə üsulu ilə mənzil almaq imkanları: Qiymətlər əlçatandırmı?

Bakıda kirayə üsulu ilə mənzil almaq imkanları: Qiymətlər əlçatandırmı?

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bu günlərdə İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksindəki 213 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim etdi.

Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Mənzillərin elektron sistem üzərindən seçimi aprelin 8-dən başlayacaq.

Bəs yeni mənzillərin qiymətləri nə dərəcədə əlçatandır? "Report" mövzunu əmlak bazarı üzrə ekspert Ramil Osmanlı ilə müzakirə edib.

Onun sözlərinə görə, bu tip mənzillərin aylıq ödənişlərini ümumi kirayə bazarı ilə deyil, satış bazarı ilə müqayisə etmək daha doğru olardı: "Həmin mənzillərin yerləşdiyi binalar 2013-cü ildən sonra inşa edilib. Onlar tam təmirli vəziyyətdə və müəyyən avadanlıqlarla təchiz olunmuş şəkildə satışa çıxarılır. Buna görə də köhnə tikililərlə, xüsusilə də Xruşovka tipli və yaxud tam kommunal şəraiti olmayan mənzillərlə müqayisə aparmaq düzgün deyil.

Bu gün həmin ərazidə mənzillərin təmirli vəziyyətdə 1 kvadratmetrinin qiyməti azı 2 800-2 900 manatdır. Nəzərə alaq ki, İpoteka və Kredit Zəmanət Fondunun aldığı və satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində bazara çıxardığı mənzillər daha likviddir. Onlar nisbətən aşağı ölçülü, funksional, əlçatanlığı təmin etməyə yönəlmiş, daha ekonom sinfə yaxın, eyni zamanda şəraitli, tam təmirli, istilik sistemi, kombi sistemi ilə təchiz olunmuş, həyətiyanı sahəsi, yeraltı parkinqi və çıxarışı olan mənzillərdir. Özəl şirkətlər isə bu mənzilləri satarkən çıxarışsız satır".

Ekspert bildirib ki, Fondun təqdim etdiyi bu mexanizmdə aylıq ödənişlərə yalnız əmlakın bazar dəyəri, sığorta haqqı və zəruri olan digər xərclər əlavə edilir: "Makroiqtisadi faktorlar – inflyasiya, devalvasiya və yaxud daşınmaz əmlakın qiymət dəyişiklikləri – bu ödəniş məbləğinə təsir etmir. Bu mənada hesab edirəm ki, kənardan bu rəqəmlər yüksək görünsə də, yerləşdiyi ərazi, infrastruktur və ərazi üzrə qiymətlər baxımından bazara adekvatdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Aprel 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri