Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Bakıda kişi hicaba görə arvadını və qayınatasını öldürdü TƏFƏRRÜATLAR VİDEO

Bakıda kişi hicaba görə arvadını və qayınatasını öldürdü TƏFƏRRÜATLAR VİDEO

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il noyabrın 8-i Bakının Suraxanı rayonu ərazisində dəhşətli qətl hadisəsi olur. Saat 23:45-də vətəndaş Rəqibə Əkbərova DİN 102 xidmətinə zəng edərək, oğlu Hikmətin qətl törətməsi haqda məlumat verib. 
Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, qətl Zığ bağları sahəsində, təsərrüfat üçün tikilmiş yardımçı tikilidə baş verib. Döşəmədə uzanıqlı vəziyyətdə 1997-ci il təvəllüdlü Bənövşə Əkbərovanın, mətbəxdə divanın üzərində üzü üstə uzanıqlı halda 1972-ci il təvəllüdlü İlqar Bədəovun meyiti aşkar edilib.
Cinayəti törədən Abşeron rayon sakini 1988-ci il təvəllüdlü Hikmət Əkbərov 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Məhkəmə-tibbi ekspertizaların rəylərinə görə, Bənovşə Əkbərovanın döş qəfəsində və qarın nahiyyəsində ümumilikdə 10, atası İlqar Bədəlovun isə üzündə, boynunda, döş qəfəsində və qarın nahiyyəsində 18 ədəd bıçaq yarası aşkar edilib.
Öldürülən şəxslər növbəti gün Siyəzən rayonunda dəfn olunublar.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, noyabrın 8-i saat 23 radələrində Hikmət Əkbərov müvəqqəti yaşadığı yardımçı tikilidə arvadı Bənövşə Əkbərovanın son vaxtlar ona qarşı soyuq və laqeyd davranmasını, habelə qayınatası İlqar Bədəlovun onun ailə işlərinə müdaxilə etməsini bəhanə edib, əsaslı səbəb olmadan hər ikisini öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün onların yatmasını gözləyib. Mətbəx otağında, divanda yatmış və müqavimət göstərmək imkanında olmayan İlqar Bədəlova yaxınlaşıb başına, boynuna və bədəninin digər nahiyələrinə bıçaqla çoxsaylı zərbələr endirib. Sonra yataq otağına keçərək, yatmış vəziyyətdə olan arvadına xəsarətlər yetirməyə başlayıb. Yuxudan oyanan Bənövşə Əkbərova ona müqavimət göstərib. Azyaşlı uşaqlarına əzab verdiyini dərk edərək, onların gözləri qarşısında, həmçinin yoldaşının yalvarışlarına məhəl qoymadan bıçaqla zərbələr vurmaqda davam edib. Bıçaq əlindən yerə düşəndən sonra, qonaq otağında tutub saxladığı arvadına stulla ardıcıl zərbələr endirib. Yerdə taqətsiz halda uzanmış Bənövşə Əkbərovanın ölümünü tezləşdirməkdən ötrü, mətbəx mebelinin üzərindən götürdüyü  qayçı ilə qarın nahiyəsinə xəsarətlər yetirib. Nəticədə ata və qızı ölüblər.

Hadisə olan ev
Mobil telefona baxış keçirilərkən məlum olub ki, hadisədən sonra Hikmət Əkbərov qardaşı Firdovsi Əkbərova zəng edərək, 36 saniyə danışıb.
İş üzrə dindirilmiş Hikmət Əkbərov bildirib ki, 14 il əvvəl ailə həyatı qurub. Nikahdan 4 övladları dünyaya gəlib:

“Son vaxtlar eşitmişdim ki, qayınatam arvadımın hicabını çıxartdırmaq istəyib. Noyabrın 8-də gecə İlqar Bədəlovdan bunun səbəbini soruşdum. Qayınatama Bənövşənin hicabda olduğunu, namaz qıldığını desəm də, o, qızının açıq-saçıq geyinəcəyini bildirdi. Qayınanam və qayınatam məni yoldaşımdan uzaqlaşdırmağa çalışırdılar. Gələcəkdə uşaqlarımın heç kimin yanında başıaşağı olmamasından ötrü bu cinayət əməlini törətdim. Arvadımı öldürən zaman oğlum Yusuf yuxudan oyanıb mənə yalvarmayıb. Həmçinin digər övladlarım da hadisə vaxtı yatmışdı”.

Hikmət Əkbərov
Zərərçəkmiş şəxsin hüquqi varisi Gülbəniz Bədəlova ifadəsində göstərib ki, 2010-cu ildə Hikmət Əkbərovun valideyinləri evlərinə gələrək, qızı Bənövşəni istədiklərini söyləyib:

“Mən də cavab olaraq, “mənim qızımın oyuncaqlarla oynayan vaxtıdır, 13 yaşı var, evlənmək vaxtı deyil” demişdim. Ərim İlqarla Hikmətin dayısı dost olduğuna görə, 3-4 aydan sonra onların vasitəsi ilə yoldaşımdan qızının “həri”sini aldılar. Amma buna etiraz etdim və qızımın nişanını qaytardım. Hikmət də acıq edərək, Bənövşəni qaçırdı. Yoldaşımla birlikdə Hökməli qəsəbəsində yaşayan Hikmətgilin qapısına gedərək, qızımı tələb etdim. Amma qarşı tərəf bildirdi ki, adətlərinə əsasən, qız qapıdan geri çıxa bilməz, əks halda onun atası və qardaşı ölməlidir. Belə deyib gözümü qorxutdular. Bir gün nəvəm Yusuf gizli zəng edib, “gəlib onları aparmağımı, atasının anasını döydünü” dedi. Bununla əlaqədar Qobu polis şöbəsinə şikayət etdim. Şöbədə Hikmət səhv etdiyini bildirərək, Bənövşədən üzr istəmişdi”.

İlqar Bədəlovun meyiti

Bundan sonra Gülbəniz Bədəlova qızını və nəvələrini götürüb, öz evinə aparıb. Səhərisi gün Hikmət arvadı ilə uşaqlarının arxasınca gəlib:

“Kürəkənimə “uşaqlarını apara bilərsən, amma qızımı sənə verməyəcəm” dedim. Bir neçə gündən sonra bizə gələn Hikmətin böyük qardaşı Bənövşəyə cavabdeh olduğunu söz verib və aldadaraq, qızımı özü ilə apardı. Noyabrın 8-də Hikmət Əkbərovun hansı şəraitdə bu amansız cinayəti törətdiyini bilmirəm”.


Psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş Yusuf Əkbərov bildirib ki, dayısı atası ilə anasını özünün işlədiyi fermada işə düzəldib:

“Noyabrın 8-də babam, bacı-qardaşlarımla valideynlərimin Zığ bağlarında qaldıqları tikiliyə getmişdilər. Babam mətbəxdə olan divanda uzanaraq televizora baxırdı. Mən qonaq otağında, ata-anam, bacı və qardaşlarım yataq otağında yatmışdıq. Saat 23 radələrində anamın qışqırıq səsinə oyandım. Atamın anamı stulla vurduğunu, anamın əlləri ilə özünü qorumağa çalışdığını gördüm. Digər uşaqlar da artıq oyanaraq ağlayırdılar. Anam qışqıraraq atama vurmamağını xahiş edirdi, babam İlqarı köməyə çağırırdı. Atama mane olmaq istəsəm də, bacarmadım. Mətbəxə qaçıb babamı oyatmaq istədim, amma onun divanda qana bulaşmış halda uzandığını gördüm. Atam qayçı ilə anamın qarınına zərbələr vururdu. Anam hərəkətsiz vəziyyətdə qalmışdı, sadəcə xırıldayırdı. Atam bizi götürüb evdən çıxdı. Yoldan keçən avtomobilə mindirib Hökməli qəsəbəsinə, əmim Firdovsinin evinə apardı. Sonra özü çıxıb harasa getdi”.

Bənövşə Əkbərovanın meyiti

Yusuf Əkbərov əlavə edib ki, anasının dayısı Fəryadın yanında evdə başı açıq gəzməsi atasının xoşuna gəlməyib. Anası ilə dayısının arasında hər hansı münasibət olmayıb, sadəcə atası boş yerə qısqanclıq edib.
Şahid Xəyalə Əkbərova ifadəsində göstərib ki, noyabrın 9-na keçən gecə anası Rəqibə onu səsləyərək, Hikmətin arvadını və qayınatasını vurduğunu bildirib:

“Anam hadisə barədə polisə məlumat verdi. Sonra qardaşım Firdovsinin arvadı zəng edərək, Hikmətin taksi ilə uşaqlarını onlara gətirdiyini söylədi. Növbəti gün Hikmət onların evinə gələrkən, polis əməkdaşları tərəfindən saxlanıldı. Özüm polislərə qardaşımın yerini dedim. Bənövşə əxlaqlı qadın idi, sadəcə qardaşım əsassız yerə onu qısqanırdı”.


Məhkəmə iclasında Hikmət Əkbərov ətraflı ifadə vermək istəmədiyini bildirib. Zərərçəkmiş şəxsin hüquqi varisi Gülbəniz Bədəlova və Anar Bədəlov təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş ediblər.
Məhkəmə qənaətə gəlib ki, Hikmət Əkbərovun əməlləri Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrlə təqsirli bilinərək, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hikmət Əkbərov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri