Icma.az
close
up
RU
Bakıda taksi sürücüsü kirayə maşına görə sahibkarı öldürdü TƏFƏRRÜATLAR

Bakıda taksi sürücüsü kirayə maşına görə sahibkarı öldürdü TƏFƏRRÜATLAR

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2020-ci il avqustun 5-də Bakının Yasamal rayonunda 1970-ci il təvəllüdlü Əli Cəfərov bıçaqlanıb. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Müəyyən olunub ki, cinayət hadisəsi Yeni Yasamal-2, Kənar dairəvi küçəsi, 11 ünvanının arxa hissəsində baş verib.
Yaralanan Əli Cəfərov Respublika Klinik Xəstəxanasına çatdırılıb. Onun baş nahiyyəsindən cərrahi üsulla bıçağın tiyəsi çıxarılıb, müvafiq reanimasiya tədbirləri görülərək, həyatı xilas edilib.
Növbəti gün Bakı şəhər sakini 1995-ci il təvəllüdlü İbrahim Dadaşov polis idarəsinə könüllü gələrək, təslim olub. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.


Yaralanan şəxs Respublika Klinik və 5 saylı şəhər Kliniki Xəstəxanasında, eləcə də ev şəraitində uzun müddət müalicə olunmasına baxmayaraq 1 il 7 aydan sonra ölüb.
2022-ci il aprelin 4-də keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Əli Cəfərov beyindaxili qansızma səbəbindən ölüb. 

İstintaq zəruriyəti ilə əlaqədar 2023-cü il martın 16-da onun cəsədi eqskumasiya olunub. Meyit çürüməyə məruz qaldığından onun ölümünün səbəbini müəyyən etmək olmayıb. Lakin onun adına tərtib olunmuş tibbi sənədlərə əsaslanaraq, demək olar ki, Cəfərovun ölümünə - aldığı xəsarətdən sonra baş vermiş postravmatik beyin infarktı səbəb ola bilərdi.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib
İstintaqla müəyyən edilib ki, Əli Cəfərov şərikli taksi fəaliyyəti ilə məşğul olmaqdan ötrü qeyri-rəsmi münasibətdə olduğu Nailə Əliyevanın qohumu İbrahim Dadaşova etibarnamə ilə “Renault Megane” markalı avtomobili verib. Lakin bir müddətdən sonra maşını ondan geri tələb etdiyindən, aralarında narazılıq yaranıb. Onlar 2020-ci il avqustun 4-də telefonla danışaraq, Cəfərovun yaşadığı Yasamal rayonu, Kənar dairəvi yol, ev 11-in qarşısında görüşmək barədə razılaşıblar. Əli Cəfərovu qisas niyyəti ilə öldürmək qərarına gələn İbrahim Dadaşov tanışı Səbinə Bulyamidinovanın kirayədə yaşadığı evdən mətbəx bıçağını götürərək, psixotrop maddələrin və spirtli içkinin təsiri altında həmin ünvana gəlib. Ayın 5-nə keçən gecə binanın qarşısında əvvəl Əli Cəfərov beysbol taxtası ilə İbrahim Dadaşovun başına zərbə endirib, o isə cavab olaraq bıçaqla Əlinin başına bir dəfə zərbə vurub. Bu hərəkəti ilə, Dadaşov zərərçəkmişi qəsdən öldürüb.


İş üzrə dindirilmiş İbrahim Dadaşov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olub. Əksər vaxtlar sevgi münasibətinə olduğu Səbinə Bulyamidinovanın Yasamal rayonun Z.Kərimov küçəsində, kirayədə yaşadığı evdə qalıb:

“Əli Cəfərov bir müddət xalam Nailə Əliyeva ilə faktiki ər-arvad kimi yaşayırdı. Onlar ayrılandan sonra, mən Əli ilə münasibət saxlamaqda davam etdim. Birlikdə narkotik və psixotrop maddələr qəbul edirdik. Hadisədən 3-4 ay əvvəl Əliyə məxsus “Renault” markalı avtomobili, gecələr taksi fəaliyyəti ilə məşğul olmaq üçün götürdüm, gündəlik ona 20 manat pul verirdim. Bir həftə əvvəl Əli zəng vurub mənə ağır söyüşlər söyərək, avtomobilini aaprıb təhvil verməyimi bildirdi. Mən də acıq edib maşını qaytarmadım.

İbrahim Dadaşov

Avqustun 4-də saat 20 radələrində Səbinənin evində olanda Əli zəng vurub, görüşmək istədiyini və aramızdakı söz-söhbəti bağlamağı söyləyəndə ona heç yerə gəlməyəcəyimi bildirdim. Daha sonra Cəfərov telefonu kiməsə verdi. Tanımadığım şəxs mənə “Səni gözlüyürük. 6-7 nəfər, kiminlə istəyirsən gəl, söhbət edək” dedi. Özünümüdafiə etmək məqsədilə evdən mətbəx bıçağını götürüb kəmərimə keçirdim. Səbinə ilə birlikdə piyada Əlinin yaşadığı Kənar dairəvi küçəsindəki 11 nömrəli binanın qarşısına gəldik. Əlinin yaşadığı evin qapısını döysəm də, açan olmadı. Zəng vursam da, telefonu götürmədi. Bir qədər sonra Əlini kişi salonunun qarşısında 3 nəfərlə birlikdə dayandığını gördüm. Cəfərov yaxınlaşıb əlindəki beysbol taxtası başımdan zərbə vuran kimi yerə yıxıldım. Əlinin yanında olan və “Mercedes” markalı avtomobildən düşən şəxslər mənə yumruq və təpiklə zərbələr endirdilər. Belimdəki bıçağı çıxarıb yuxarıdan aşağıya doğru Əliyə bir dəfə zərbə vurdum. Ordan uzaqlaşaraq Səbinənin evinə qayıtdıq. Atama zəng edib gəlib məni götürməsini dedim. Atama söyüşə görə Əli ilə dalaşdığımı söyləsəm də, bıçaqla onu vurduğumu bildirmədim. Evdə olanda hiss etdim ki, sağ ayağımın üstündə dayana bilmirəm.

Atam məni Travmotologiya xəstəxanasına apardı, orda həkimlər ayağıma gips qoydular. Həkimlərə yalandan Maştağa qəsəbəsində yerləşən bağımızda yıxıldığımı dedim. Avqustun 5-də Yasamal rayon Polis İdarəsindən zəng edən əməkdaş atama hadisə barədə məlumat verdi. Bundan sonra, etiraf etdim ki, Əlinin başına bıçaqla zərbə vurdum. Saat 11-də polis idarəsinə gedib təslim oldum”.


Zərərçəkmiş şəxsin hüquqi varisi Leyla Orucova ifadəsində göstərib ki, qardaşı Əli Cəfərov hadisədən təxminən 5 il əvvəl arvadı və övladlarından ayrı yaşamağa başlayıb:

“Kənar dairəvi küçəsi, ev 11-də kirayədə tək yaşayırdı. Bildiyimə görə İbrahim Dadaşovla qardaşım arasında, avtomobilin gündəlik icarə haqqını verməmək üstündə mübahisə düşüb. 2020-ci il avqustun 5-də Əlinin başından bıçaq xəsarəti aldığını və Respublika Xəstəxanasına yerləşdirildiyini, İbrahimin isə tutulduğunu öyrəndim. Qardaşım xəstəxanadan buraxılandan sonra ona özüm baxırdım, uzun müddət müalicə olunsa da, o, təxminən 2 ildən sonra vəfat etdi”.


Şahid Rəşad Abbasov bildirib ki, Yeni Yasamal-2 massivində yerləşən bərbərxanada olanda küçədən səs-küy eşidib digər şəxslərlə birlikdə çölə çıxıb:

“Əli Cəfərov və İbrahim Dadaşov bir-birini nalayiq sözlərlə təhqir edirdilər. Əli əlindəki beysbol taxtası ilə İbrahimin başına zərbə vurdu. Sonra bir-biri ilə tutaşaraq, yerə yıxıldılar. O, həmçinin hadisə yerində olan Etibar Əliyev və Cəbrayıl Məhərrəmov araya girərək onları aralamaq istədik. Bu zaman İbrahim ayağa qalxaraq hadisə yerindən qaçdı, bıçağın sınmış tiyəsi yerə yıxılmış Əlinin başında qalmışdı. Ətrafda olan məhəllə sakinləri 102 xidmətinə və Təcili Tibbi yardıma zəng etdilər. Qara rəngli “Mercedes” markalı avtomobilin həyətə gəlməsini, ordan çıxan şəxslərin İbrahimi döyməsini görməmişəm”.


Məhkəmə prosesində İbrahim Dadaşov özünü qismən təqsirli bilib. O bildirib ki, əməlindən peşmandır.

Məhkəmədən əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif və ona yüngül cəza təyin edilməsini xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirərək, ona yüngül cəza verilməsini məhkəmədən istəyib.
Məhkəmə hesab edib ki, İbrahim Dadaşovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Dadaşov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Noyabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri