Icma.az
close
up
RU
Bakıda İÇKİ FACİƏSİ: söyüşə görə fəhləni öldürdü TƏFƏRRÜATLAR

Bakıda İÇKİ FACİƏSİ: söyüşə görə fəhləni öldürdü TƏFƏRRÜATLAR

Lent az saytına istinadən Icma.az xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il avqustun 4-də Bakıda qətl hadisəsi olur. Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Məlum olub ki, cinayət Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19, mənzil 23-də baş verib. Mənzildə üzərində bıçaq xəsarətləri ilə 1973-cü il təvəllüdlü Ülvi Qasımovun meyiti aşkar edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ülvi Qasımovun ölümünə — qaraciyərin zədələnməsi ilə müşayiət olunan massiv qanitirmə səbəb olub. Qanında 0,8% qatılığında etil spirti aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, avqustun 4-nə keçən gecə Hikmət Muxtarov Ülvi Qasımovla birlikdə kirayədə yaşadıqları evdə spirtli içki qəbul ediblər. Bundan sonra Ülvi Qasımov söydüyü üçün Hikmət Muxtarov onunla əlbəyaxa olub. Hikmət mətbəxdən bıçaq götürərək, Ülvinin döş qəfəsinə və qarınına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkən ölüb.
İş üzrə dindirilmiş Hikmət Muxtarov bildirib ki, 1989-cu il ildə Mingəçevir şəhərində anadan olub. 2017-ci ildə şəhər məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29,186.2.1-ci (əmlakı qəsdən məhv etməyə cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə şərti cəzaya məhkum olunub:

Hikmət Muxtarov

“2024-cü ilin mart ayında iş tapmaq üçün Bakı şəhərinə gəlmişəm. Nərimanov rayonunda Azər və Hüseyn adlı həmyerlilərimlə aylıq 100-120 manat ödəməklə kirayədə qalırdım. Ülvi Qasımovla hadisədən 10 gün əvvəl tanış olmuşuq. Belə ki, yaşadığım ünvana gələrkən, Ülvinin evdə olduğunu gördüm. Azər həmin şəxsin də bizimlə birlikdə kirayədə qalacağını dedi. Söhbət zamanı Ülvi Ağdaş rayonundan olduğunu və Mingəçevirdə qohumlarının yaşadığını söyləyərək, tanışlıq verdi. “Sədərək” ticarət mərkəzində fəhlə işlədiyini deyib.

Avqustun 3-ü saat 16 radələrində Azərlə birlikdə “Playstation” oyun zalına getdim. Azərin iş yoldaşı Muxtar da ora gəldi. Saat 19 radələrində Ülvi Azərə zəng edib yaşadığımız evin yaxınlığında, kafedə pivə içdiyini söyləyərək, bizi ora çağırdı. Orda bir qədər oturandan sonra hesabı verib ayağa qalxdıq. Azərlə Muxtar birlikdə harasa getdilər. Mən evə getdim. Marketdən gələn Ülvi ilə konyak içəməyə başladıq. Hüseyn işi olduğunu deyib, evdən çıxdı. Bir müddətdən sonra sərxoş olan Ülvi mənimlə söyüşlə, əmrlə danışmağa başladı. Buna etiraz edib, sözlərinə fikir verməsini bildirdim. Ülvi özünü normal aparmadığı üçün, Azərə zəng edib bu barədə məlumat vermək istədim, lakin Azər zəngə cavab vermədi. Daha sonra “Whatsapp” tətbiqində Hüseyn və Zülfəliyə Ülvini gəlib aparmaları barədə mesaj yazdım. İçki qurtardığından, masanı yığışdırdım.

Avqustun 4-ü gecə saat 1 radələrində mətbəxdə yemək bişirən zaman Ülvi ora gələrək, yenə məni söydü və əl-qol atmağa başladı. Ülvi çox içkili olduğundan müvazinətini itirərək, yerə yıxıldı. Arxasıüstə uzanıqlı vəziyyətdə qalmışdı. Əlimi uzadıb onu ayağa qaldırmaq istəyəndə, Ülvi artıq məni yox, ailə üzvlərimi söydü. Anam vəfat etdiyindən, bərk qəzəbləndim və yemək hazırlamaq üçün istifadə etdiyimiz bıçağı götürüb ona xəsarətlər yetirdim. Axırıncı zərbəni sinəsinə vurdum. Bıçaq Ülvinin üzərində batmış vəziyyətdə qaldı. Sonra onun şəklini çəkib Zülfəli ilə Hüseynə göndərdim. Evdən çıxıb, Nərimanov rayon Polis  İdarəsinə gedərək, növbətçiyə adam öldürdüyümü bildirdim”.
Məhkəmə iclasında Hikmət Muxtarov bildirib ki, mətbəxdə olarkən Ülvi Qasımov əlində bıçaqla onun üzərinə gəlib. Ülvi çox içdiyindən özünü idarə edə bilməyib. Hikmət ona ayağa qalxmağa kömək etmək istəyəndə, Ülvi ünvanına anası ilə bağlı nalayiq ifadələr işlədib, o da həmin söyüşləri qəbul etməyib.  Zərbələrin 3-ü qarınına, 1-i isə ürəyinə dəyib. Öldürəndən sonra foto şəkilini çəkib, qardaşına yollamaqda hansısa məqsəd güdməyib. Söyüş söyməsəydi Ülvini vurmazdı. Törətdiyi əməlindən peşman deyil. 


Zərərçəkmiş şəxsin hüquqi varisi Bəhruz Qasımov bildirib ki, əmisi oğlu Ülvi Qasımov Xəyalə Məmmədova ilə ailə həyatı qurub, iki övladı olub:

“Ülvi təxminən 10 il əvvəl boşanıb. 15 il Rusiyada yaşayıb, orda cinayət törətdiyinə görə məhkum olunub. 2 il əvvəl Azərbaycana qayıdıb. Bir müddət Ağdaş rayonunda, sonra Bakıda yaşayıb. Müxtəlif şirkətlərdə sürücü və fəhlə kimi çalışıb, 2-3 ay mənim evimdə yaşayıb. Sonra işi ilə bağlı “Koroğlu” metrostansiyasının yaxınlığında kirayədə qalırdı. Tez-tez telefonla danışırdıq, hadisədən bir ay əvvəl görüşmüşdük. Avqustun 4-də Ülvinin öldüyünü bildim. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatım yoxdur. Təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini xahiş edirəm”.

Şahid Azər Qurbanov ifadəsində göstərib ki, may ayında Hikmət ona zəng edərək Bakıya gəldiyini, qalmağa yerinin olmadığını və onun yaşadığı evdə qalmaq istədiyini deyib:

“Razi adlı şəxs Hikmətin gəlişindən bir müddət sonra Buzovna ərazisində yerləşən oteldə işə başladığı üçün, bizdən ayrılmışdı. Hikməti bir neçə yerdə qabyuyan kimi işə düzəltsəm də, o, nizam-intizamsızlıq göstərdiyinə görə, həmin iş yerlərindən  çıxarılmışdı. İyul ayında qardaşım Sənan mənə zəng edərək, Mingəçevirdən olan Ülvi adlı şəxsin ev axtardığını bildirdi. Ülvi Qasımov hadisədən 10 gün əvvəl gəlib bizimlə yaşamağa başlamışdı.

Avqustun 3-də Hikmət, Ülvi, Zülfəli və keçmiş iş yoldaşım Muxtar Xəlilovla kafedə 2 saata yaxın oturub pivə içdik. Sonra Ülvi ilə Hikmət evə gedəcəklərini dedilər. Mən isə, Zülfəli ilə birlikdə “Neftçilər” metrostansiyasının yanında yerləşən çay evinə yollandıq. “Nərimanov” stansiyasına çatanda, Zülfəli zəng edərək, Hikmətin “Whatsapp“ tətbiqi vasitəsilə Ülvinin arxasıüstə uzanıqlı vəziyyətdə və sinəsinə batırılmış bıçaq olan fotoşəkilini ona göndərdiyini bildirdi. Zülfəli yolda olduğunu söylədiyindən, parkın yanında yerləşən dönər evinin qarşısında onu gözlədim. Zülfəli gələrək Hikmətin göndərdiyi şəkili mənə göstərdi, sonra Hüseynə zəng edib hadisəni ona danışdıq. Məhəlləyə çatanda post patrul avtomobillərinin binanın həyətində olduğunu gördük”.


Prokuror Hikmət Muxtarova 18 il cəza təyin edilməsini istəyib.
Məhkəmə nəticəyə gəlib ki, Hikmət Muxtarovun əməlində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət tərkibi var. Onun törətdiyi ictimai təhlükəli əməl həmin maddə ilə düzgün tövsif edilib. Odur ki Muxtarov, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hikmət Muxtarov 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Avqust 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri