Icma.az
close
up
RU
Bakıda kişi küçədə arvadını 35 bıçaq zərbəsi ilə öldürdü FOTO

Bakıda kişi küçədə arvadını 35 bıçaq zərbəsi ilə öldürdü FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü il fevralın 13-də Bakıda 1986-cı il təvəllüdlü Sevinc İbrahimova qətlə yetirilir. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanırlar. Məlum olub ki, qətl hadisəsi "Çermet" adlanan ərazidə, Sübhan Ələsgərov küçəsi, 11B ünvanında baş verib. Küçədə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə qadın meyiti aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları yaxınlıqda yerləşən fərdi evdə cinayəti törədən Rövşən Quliyevi saxlayıblar. Paltaryuyan maşının üzərindən cinayətin aləti olan bıçaq götürülüb.

Rövşən Quliyev 1985-ci ildə Yevlax rayonunda anadan olub, əvvəllər 3 dəfə məhkum olunub. Respublika Narkoloji Mərkəzində keçirilmiş müayinə zamanı Rövşən Quliyevdə narkomaniya xəstəliyi aşkar edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Sevinc İbrahimovanın bədən səthində 35 ədəd bıçaq yarası aşkar edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, fevralın 13-ü saat 17 radələrində Sabunçu qəsəbəsində yaşayan Sevinc İbrahimova doğma övladı Dəniz Quliyevanı götürmək üçün keçmiş əri Rövşən Quliyevin Nərimanov rayonunda yaşadığı evə gəlib. Küçədə qadını qarşılayan Rövşən Quliyev Sevinc İbrahimovanı təhqir edərək, onunla dalaşıb. İctimai yerdə, əsaslı səbəb olmadan üzərindəki məişət təyinatlı bıçaqla, qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Nəticədə, Sevinc İbrahimova ölüb.

İş üzrə dindirilmiş Rövşən Quliyev bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunub. 2009-cu ildə Sevinc İbrahimova ilə ailə həyatı qurub, nikahdan iki övladları dünyaya gəlib:

"Hazırda birinin 14, digərinin 7 yaşı var. 2023-cü il iyulun 11-də Sabunçu Rayon Məhkəməsinin qərarı ilə boşandıq. Oğlum daim mənimlə yaşayırdı, qızım isə arada bizdə qalırdı. Sevinci qısqandığımdan öldürmək qərarına gəldim. Bunu həyata keçirmək üçün əlverişli məqam gözləyirdim. Sevinc balaca övladımızı aparmaqdan ötrü evimə gəlib-gedirdi. Hadisə gününə kimi aramızda hər hansı söz-söhbət olmamışdı. Bıçaqla zərbələr vurmağa başlayanda, Sevinc mənə müqavimət göstərməyə çalışırdı, qışqırırdı. Səs-küyə ətrafa insanlar toplaşmışdı".

Məhkəmə iclasında Rövşən Quliyev ittiham üzrə özünü tam təqsirli bilsə də, əməlindən peşman olmadığını qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Qənirə İbrahimova ifadəsində göstərib ki, Sevinc İbrahimova onun doğma qızı olub:

"Sevinc uşaqları götürməyə gedərkən Rövşənın anası problem yaradıb, övladlarını aparmağa icazə verməyib. İl yarım əvvəl boşansalar da, keçmiş kürəkənim uşaqlarına hər hansı maddi dəstək göstərmirdi. Nəvələrimə daim qızım və mən qayğı göstərirdik. Fevralın 13-də işdə olanda, zəng edib, qızımdan harada olduğunu soruşanda, Sevinc metroda olduğunu dedi. Sonra qızım uşaqları götürmək üçün keçmiş ərinin evinə yollanıb. Lakin Rövşən övladları ona verməkdən imtina edib. Axşam saat 22-də işdən qayıdanda gördüm ki, Sevincin gödəkcəsi, mobil telefonu və çantası masanın üzərindədir. Düşündüm ki, qızım marketə gedib, lakin xeyli vaxt keçsə də, o qayıtmadı. Gecə saat 1 radələrində mənə məlumatlar verdilər ki, Rövşən Sevinci öldürüb".

Şahid Hənifə Quliyeva ifadəsində göstərib ki, hadisənin necə baş verdiyini bilavasitə görməyib:

"Ümumiyyətlə həmin gün oğlum Rövşənin Sevinci öldürməyi planlaşdırması haqda məlumatım olmayıb. Oğlumla gəlinim 2023-cü ildə boşanıblar. Heç vaxt Sevincin gəlib uşaqları görməsinə və özü ilə aparmasına mane olmamışam".

Təqsirləndirilən şəxsin anasının çıxışından belə görsənib ki, sanki o, oğlunun cinayət əməlinə haqq qazandırır. Qadının sözləri hakimlərin və dövlət ittihamçısının narazılığına səbəb olub.

Şahid Rəşad Şıxıyev bildirib ki, fevralın 13-də oğlu ilə marketə getmək üçün küçəyə çıxanda, Rövşən Quliyevin Sevinc İbrahimova ilə dalaşdığını görüb:

"Qadın yerə yıxılmışdı, əlində bıçaq olan şəxs mənə tərəf çevrilərək, yaxın gəlməməyimi bildirdi. Yanımda uşaq olduğundan yenidən evə daxil oldum və 102 xidmətinə zəng edib, operatora hadisə barədə məlumat verdim".

Zərərçəkmiş şəxsin hüquqi varisi ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadığını və ona ömürlük cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Rövşən Quliyevin cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif olunub. Odur ki, o, həmin maddələrin sanksiyası həddində təqsirli bilinməli və cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Noyabr 2024 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri