Icma.az
close
up
RU
Bakıda kişi arvadını 35 bıçaq zərbəsi ilə öldürdü: Ana oğluna haqq qazandırdı

Bakıda kişi arvadını 35 bıçaq zərbəsi ilə öldürdü: Ana oğluna haqq qazandırdı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

2024-cü il fevralın 13-də Bakıda 1986-cı il təvəllüdlü Sevinc İbrahimova qətlə yetirilir. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanırlar. Məlum olub ki, qətl hadisəsi “Çermet” adlanan ərazidə, Sübhan Ələsgərov küçəsi, 11B ünvanında baş verib.

Globalinfo.az xəbər verir ki, küçədə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə qadın meyiti aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları yaxınlıqda yerləşən fərdi evdə cinayəti törədən Rövşən Quliyevi saxlayıblar. Paltaryuyan maşının üzərindən cinayətin aləti olan bıçaq götürülüb.

Rövşən Quliyev 1985-ci ildə Yevlax rayonunda anadan olub, əvvəllər 3 dəfə məhkum olunub. Respublika Narkoloji Mərkəzində keçirilmiş müayinə zamanı Rövşən Quliyevdə narkomaniya xəstəliyi aşkar edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Sevinc İbrahimovanın bədən səthində 35 ədəd bıçaq yarası aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, fevralın 13-ü saat 17 radələrində Sabunçu qəsəbəsində yaşayan Sevinc İbrahimova doğma övladı Dəniz Quliyevanı götürmək üçün keçmiş əri Rövşən Quliyevin Nərimanov rayonunda yaşadığı evə gəlib. Küçədə qadını qarşılayan Rövşən Quliyev Sevinc İbrahimovanı təhqir edərək, onunla dalaşıb. İctimai yerdə, əsaslı səbəb olmadan üzərindəki məişət təyinatlı bıçaqla, qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Nəticədə, Sevinc İbrahimova ölüb.

İş üzrə dindirilmiş Rövşən Quliyev bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunub. 2009-cu ildə Sevinc İbrahimova ilə ailə həyatı qurub, nikahdan iki övladları dünyaya gəlib:

“Hazırda birinin 14, digərinin 7 yaşı var. 2023-cü il iyulun 11-də Sabunçu Rayon Məhkəməsinin qərarı ilə boşandıq. Oğlum daim mənimlə yaşayırdı, qızım isə arada bizdə qalırdı. Sevinci qısqandığımdan öldürmək qərarına gəldim. Bunu həyata keçirmək üçün əlverişli məqam gözləyirdim. Sevinc balaca övladımızı aparmaqdan ötrü evimə gəlib-gedirdi. Hadisə gününə kimi aramızda hər hansı söz-söhbət olmamışdı. Bıçaqla zərbələr vurmağa başlayanda, Sevinc mənə müqavimət göstərməyə çalışırdı, qışqırırdı. Səs-küyə ətrafa insanlar toplaşmışdı”.

Məhkəmə iclasında Rövşən Quliyev ittiham üzrə özünü tam təqsirli bilsə də, əməlindən peşman olmadığını qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Qənirə İbrahimova ifadəsində göstərib ki, Sevinc İbrahimova onun doğma qızı olub:

“Sevinc uşaqları götürməyə gedərkən Rövşənın anası problem yaradıb, övladlarını aparmağa icazə verməyib. İl yarım əvvəl boşansalar da, keçmiş kürəkənim uşaqlarına hər hansı maddi dəstək göstərmirdi. Nəvələrimə daim qızım və mən qayğı göstərirdik. Fevralın 13-də işdə olanda, zəng edib, qızımdan harada olduğunu soruşanda, Sevinc metroda olduğunu dedi. Sonra qızım uşaqları götürmək üçün keçmiş ərinin evinə yollanıb. Lakin Rövşən övladları ona verməkdən imtina edib. Axşam saat 22-də işdən qayıdanda gördüm ki, Sevincin gödəkcəsi, mobil telefonu və çantası masanın üzərindədir. Düşündüm ki, qızım marketə gedib, lakin xeyli vaxt keçsə də, o qayıtmadı. Gecə saat 1 radələrində mənə məlumatlar verdilər ki, Rövşən Sevinci öldürüb”.

Şahid Hənifə Quliyeva ifadəsində göstərib ki, hadisənin necə baş verdiyini bilavasitə görməyib:

“Ümumiyyətlə həmin gün oğlum Rövşənin Sevinci öldürməyi planlaşdırması haqda məlumatım olmayıb. Oğlumla gəlinim 2023-cü ildə boşanıblar. Heç vaxt Sevincin gəlib uşaqları görməsinə və özü ilə aparmasına mane olmamışam”.

Təqsirləndirilən şəxsin anasının çıxışından belə görsənib ki, sanki o, oğlunun cinayət əməlinə haqq qazandırır. Qadının sözləri hakimlərin və dövlət ittihamçısının narazılığına səbəb olub.

Şahid Rəşad Şıxıyev bildirib ki, fevralın 13-də oğlu ilə marketə getmək üçün küçəyə çıxanda, Rövşən Quliyevin Sevinc İbrahimova ilə dalaşdığını görüb:

“Qadın yerə yıxılmışdı, əlində bıçaq olan şəxs mənə tərəf çevrilərək, yaxın gəlməməyimi bildirdi. Yanımda uşaq olduğundan yenidən evə daxil oldum və 102 xidmətinə zəng edib, operatora hadisə barədə məlumat verdim”.

Zərərçəkmiş şəxsin hüquqi varisi ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışmadığını və ona ömürlük cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Rövşən Quliyevin cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif olunub. Odur ki, o, həmin maddələrin sanksiyası həddində təqsirli bilinməli və cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri