Icma.az
close
up
RU
Bakıda kişi küçədə arvadını 35 bıçaq zərbəsi ilə öldürdü Ana oğluna haqq qazandırdı

Bakıda kişi küçədə arvadını 35 bıçaq zərbəsi ilə öldürdü Ana oğluna haqq qazandırdı

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il fevralın 13-də Bakıda 1986-cı il təvəllüdlü Sevinc İbrahimova qətlə yetirilir. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olub ki, qətl hadisəsi “Çermet” adlanan ərazidə, Sübhan Ələsgərov küçəsi, 11B ünvanında baş verib. Küçədə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə qadın meyiti aşkar edilib. 

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları yaxınlıqda yerləşən fərdi evdə cinayəti törədən Rövşən Quliyevi saxlayıblar. Paltaryuyan maşının üzərindən cinayətin aləti olan bıçaq götürülüb.

Rövşən Quliyev 1985-ci ildə Yevlax rayonunda anadan olub, əvvəllər 3 dəfə məhkum olunub. Respublika Narkoloji Mərkəzində keçirilmiş müayinə zamanı Rövşən Quliyevdə narkomaniya xəstəliyi aşkar edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Sevinc İbrahimovanın bədən səthində 35 ədəd bıçaq yarası aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. 
İstintaqla müəyyən edilib ki, fevralın 13-ü saat 17 radələrində Sabunçu qəsəbəsində yaşayan Sevinc İbrahimova doğma övladı Dəniz Quliyevanı götürmək üçün keçmiş əri Rövşən Quliyevin Nərimanov rayonunda yaşadığı evə gəlib. Küçədə qadını qarşılayan Rövşən Quliyev Sevinc İbrahimovanı təhqir edərək, onunla dalaşıb. İctimai yerdə, əsaslı səbəb olmadan üzərindəki məişət təyinatlı bıçaqla, qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Nəticədə Sevinc İbrahimova ölüb.


İş üzrə dindirilmiş Rövşən Quliyev bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunub. 2009-cu ildə Sevinc İbrahimova ilə ailə həyatı qurub, nikahdan iki övladları dünyaya gəlib:

“Hazırda birinin 14, digərinin 7 yaşları var. 2023-cü il iyulun 11-də Sabunçu rayon Məhkəməsinin qərarı ilə boşandıq. Oğlum daim mənimlə yaşayırdı, qızım isə arada bizdə qalırdı. Sevinci qısqandığımdan öldürmək qərarına gəldim. Bunu həyata keçirmək üçün əlverişli məqam gözləyirdim. Sevinc balaca övladımızı aparmaqdan ötrü evimə gəlib-gedirdi. Hadisə gününə kimi aramızda hər hansı söz-söhbət olmamışdı. Bıçaqla zərbələr vurmağa başlayanda, Sevinc mənə müqavimət göstərməyə çalışırdı, qışqırırdı. Səs-küyə ətrafa insanlar toplaşmışdı”.
Məhkəmə iclasında Rövşən Quliyev ittiham üzrə özünü tam təqsirli bilsə də, əməlindən peşman olmadığını qeyd edib.

Rövşən Quliyev
Zərərçəkmiş şəxsin hüquqi varisi Qənirə İbrahimova ifadəsində göstərib ki, Sevinc İbrahimova onun doğma qızı olub:

“Sevinc uşaqları götürməyə gedərkən Rövşənın anası problem yaradıb, övladlarını aparmağa icazə verməyib. İl yarım əvvəl boşansalar da, keçmiş kürəkənim uşaqlarına hər hansı maddi dəstək göstərmirdi. Nəvələrimə daim qızım və mən qayğı göstərirdik. Fevralın 13-də işdə olanda, zəng edib, qızımdan harda olduğunu soruşanda, Sevinc metroda olduğunu dedi. Sonra qızım uşaqları götürmək üçün keçmiş ərinin evinə yollanıb. Lakin Rövşən övladları ona verməkdən imtina edib. Axşam saat 22-də işdən qayıdanda gördüm ki, Sevincin gödəkcəsi, mobil telefonu və çantası masanın üzərindədir. Düşündüm ki, qızım marketə gedib, lakin xeyli vaxt keçsə də, o qayıtmadı. Gecə saat 1 radələrində mənə məlumatlar verdilər ki, Rövşən Sevinci öldürüb”.


Şahid Hənifə Quliyeva ifadəsində göstərib ki, hadisənin necə baş verdiyini bilavasitə görməyib:

“Ümumiyyətlə həmin gün oğlum Rövşənin Sevinci öldürməyi planlaşdırması haqda məlumatım olmayıb. Oğlumla gəlinim 2023-cü ildə boşanıblar. Heç vaxt Sevincin gəlib uşaqları görməsinə və özü ilə aparmasına mane olmamışam”.

Təqsirləndirilən şəxsin anasının çıxışından belə görsənib ki, sanki o, oğlunun cinayət əməlinə haqq qazandırır. Qadının sözləri hakimlərin və dövlət ittihamçısının narazılığına səbəb olub.
Şahid Rəşad Şıxıyev bildirib ki, fevralın 13-də oğlu ilə marketə getmək üçün küçəyə çıxanda, Rövşən Quliyevin Sevinc İbrahimova ilə dalaşdığını görüb:

“Qadın yerə yıxılmışdı, əlində bıçaq olan şəxs mənə tərəf çevrilərək, yaxın gəlməməyimi bildirdi. Yanımda uşaq olduğundan yenidən evə daxil oldum və 102 xidmətinə zəng edib, operatora hadisə barədə məlumat verdim”.


Zərərçəkmiş şəxsin hüquqi varisi ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışmadığını və ona ömürlük cəza verilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, Rövşən Quliyevin cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif olunub. Odur ki, o, həmin maddələrin sanksiyası həddində təqsirli bilinməli və cəzalandırılmalıdır. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Noyabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri