Bakıda kuryoz hadisə: həbsdə olan nişanlısına telefon ötürmək istəyən qadın saxlanılıb
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Bakı istintaq təcridxanasına məhkum üçün gətirilən sovqatın içərisində mobil telefonların keçirilməsinin qarşısı alınıb.
Mia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunmuş şəxs Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan "Samsung" markalı mobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədəd qulaqcıq aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















