Icma.az
close
up
RU
ABŞ də Abrams tankı ilə bağlı məlumatları Rusiyaya ötürmək istəyən hərbçi saxlanılıb

ABŞ də Abrams tankı ilə bağlı məlumatları Rusiyaya ötürmək istəyən hərbçi saxlanılıb

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Texas ştatında yerləşən El-Paso şəhərində ölkənin əsas döyüş tankı olan "M1A2 Abrams"la bağlı məxfi məlumatları Rusiyaya ötürməyə cəhd etməkdə şübhəli bilinən hərbi qulluqçu saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi rəsmi açıqlama yayıb.

Məlumata görə, saxlanılan şəxs 22 yaşlı Teylor Adam Lidir. O, "xarici düşmənə" milli müdafiəyə dair həssas məlumatları ötürməyə cəhd etməkdə və icazəsiz texniki məlumatların sızdırılmasında ittiham olunaraq həbs edilib.

İstintaqın ilkin nəticələrinə əsasən, Linin Rusiya kəşfiyyatçısı hesab etdiyi şəxsə məxfi məlumatları təqdim etmək müqabilində Rusiya vətəndaşlığı almaq niyyəti olub.

Ədliyyə Nazirliyi bildirir ki, iyul ayında Teylor Li Rusiya hökumətinin nümayəndəsi olduğunu düşündüyü şəxslə görüşərək ona gizli texniki məlumatlar ehtiva edən fləş-kart verib. Həmin məlumatlara çıxış səlahiyyəti olmayan hərbi qulluqçunun bu addımı atarkən qanunsuz hərəkət etdiyini bildiyi vurğulanıb.

Bundan əlavə, iyulun 31-də Li "M1A2 Abrams" tankına aid avadanlıq komponentini El-Pasoda yerləşən anbara təhvil verib və əlaqədə olduğu şəxsə "Missiya yerinə yetirildi" mesajı göndərib.

Ədliyyə Nazirliyi əlavə edib ki, irəli sürülmüş ittihamlar hələlik yalnız iddia xarakteri daşıyır:

"Bütün təqsirləndirilən şəxslər məhkəmə tərəfindən günahları sübuta yetirilməyənədək günahsız hesab olunurlar", - açıqlamada deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Avqust 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri