Icma.az
close
up
RU
Bakıda COP29un açılış mərasimi keçirilib Video + Yenilənib

Bakıda COP29un açılış mərasimi keçirilib Video + Yenilənib

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, açılış mərasimində COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber açılış nitqi ilə çıxış edib. O, tədbirin təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. Sultan Ahmad Al-Jaber COP 28 dövründə ölkəsinin irəli sürdüyü təşəbbüslərdən danışıb və COP29-un da növbəti uğura imza atacağına əmin olduğunu bildirib. COP28 Prezidenti Azərbaycanla birlikdə “Troyka” çərçivəsində əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.
Sonra Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasının Prezidenti seçilib. COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber sessiyanın idarəçiliyini Muxtar Babayevə təhvil verib.
M.Babayev çıxış edərək hər kəsi Bakıda görməkdən məmnun olduğunu bildirib. Deyib ki, COP29 hər kəs üçün bir fürsətdir və bu fürsəti əldən vermək olmaz. COP29-un Prezidenti qeyd edib ki, iqlim problemləri nəticəsində yaranan təbii fəlakətlər olduqca ağır nəticələrə səbəb olur. “Biz siyasi və maliyyə baxımından yarana biləcək bütün məhdudiyyətləri anlayırıq. Ancaq düşünürəm ki, investisiyalar özünü doğruldacaq”, - deyə o əlavə edib.
Daha sonra çıxış edən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının geniş yayılmış iqlim böhranını həll etmək və buna qarşı birgə hərəkət etmək üçün yeganə məkan olduğunu deyib.
O bildirib ki, iqlim böhranı dünyanın hər bir fərdinə bu və ya digər şəkildə təsir edir. BMT rəsmisi Bakıda yeni qlobal iqlim maliyyəsi məqsədini razılaşdırmağın vacibliyini diqqətə çatdırıb.
“Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik”, - deyə Saymon Stil vurğulayıb.
11:25 
Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimi başlayıb. Qeyd edək ki, noyabrın 11-dəm 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında “Ev Sahibi Ölkə Sazişi” və digər mühüm sənədlər imzalanıb.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.








Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Noyabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri