Bakıda maşının qaz balonu partladı Xəsarət alan var
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda avtomobilin qaz balonu partladı.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bakupost.az FHN-ə istinadən xəbər verir ki, əməliyyat şəraitinə uyğun olaraq "CHEVROLET COBALT" markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.
Baxış sayı:117
Bu xəbər 04 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















