Icma.az
close
up
RU
Menu

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

İdeyalar müstəvisində strateji dərinlik

Yol nəqliyyat hadisələrin sayı

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

Bakıda Media Mərkəzinin yaradılması təklifi müsbət hadisədir AÇIQLAMA

Bakıda Media Mərkəzinin yaradılması təklifi müsbət hadisədir AÇIQLAMA

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

D-8 Media Forumunun təşkili Azərbaycanın beynəlxalq arenada məsuliyyətli və fəal iştirakını nümayiş etdirir

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilib.

Forumun əsas gündəmi regional və beynəlxalq informasiya mübadiləsinin gücləndirilməsinə yönəlib. İştirakçılar media sahəsində əməkdaşlığın genişləndirilməsi və daha sıx əlaqələrin qurulması yollarını müzakirə edib, həmçinin dezinformasiyaya qarşı effektiv mübarizə mexanizmlərinin yaradılmasını prioritet məsələ kimi qiymətləndiriblər. Forum çərçivəsində rəqəmsal mediada birgə layihələrin təşviqi və həyata keçirilməsi imkanları nəzərdən keçiriləcək, həmçinin media təcrübəsinin mübadiləsi vasitəsilə üzv ölkələr arasında bilik və praktik biliklərin paylaşılması təmin olunub. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə daxil olmaqla, təxminən 150 qonaq iştirak edib. 

 Prezident İlham Əliyev D-8 Media Forumunun iştirakçılarına müraciətində bu il D-8 ölkələrinin QHT-lərin ilk görüşünün Azərbaycanda təşkil olunmasına diqqət çəkib: “Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutub. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir”.

Qeyd edək ki, 8 müsəlman ölkəni birləşdirən təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Müzakirələrdə 2024-cü ilin dekabrında Misirin paytaxtı Qahirədə İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatına üzv seçilməsi təqdir edilib. Bununla da təşkilat yarandıqdan bəri sıraları ilk dəfə genişlənib.

 D-8-in əsas qayəsi qarşılıqlı iqtisadi əlaqələri genişləndirmək, investisiya və xarici ticarət dövriyyəsinin artımına nail olmaqdır. Təşkilata üzv ölkələrin hər birinin milli iqtisadiyyatlarının müqayisəli və rəqabət üstlünlüyünə malik sektorları mövcuddur. D-8 üzvləri arasında sərhəd məsafəsinin çox olmasına baxmayaraq, rəqabətqabiliyyətli və ixtisaslaşmış sektorlar vasitəsilə üzv ölkələr arasında iqtisadi əməkdaşlıq dərinləşdirilə və ticarət dövriyyəsi artırıla bilər. Artıq uzun zamandır ki, D-8 təşkilatı İndoneziyanın yoxsulluqla mübarizə və insan resursları, Malayziyanın maliyyə və bank, Türkiyənin sənaye, səhiyyə və şəhərsalma, Pakistanın kənd təsərrüfatı və balıqçılıq, İranın elm və texnologiya, Misirin turizm və ticarət, Nigerinin enerji qaynaqlarının idarəedilməsi sahələrində fəaliyyətləri koordinasiya edir, həmçinin müsəlman ölkələri arasında qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması üçün demokratik platforma yaradır.Beynəlxalq Valyuta Fondunun 2024-cü ildə nəşr edilən hesabatına əsasən, D-8 təşkilatına üzv ölkələrin nominal milli gəlirləri toplam 5,1 trilyon ABŞ dolları, adambaşına düşən milli gəliri isə cəmi 48 min ABŞ dollarından çox olub. Təşkilata üzv ölkələrin toplam əhali sayı 1,3 milyard nəfərə yaxındır. D-8 ölkələri arasında xarici ticarət dövriyyəsi 2 trilyon ABŞ dollarına çatmaqla qlobal ticarətin 4,5%-ni və qlobal ümumi daxili məhsulun 5%-ni təşkil edir.

Sözügedən Forumda iştirak edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında deyib ki, D-8 Media Forumu Azərbaycan üçün media və informasiya sahəsində regional və qlobal əməkdaşlığı gücləndirərək ölkənin beynəlxalq nüfuzunu artırmaq və təşəbbüskarlığını nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir:

“Azərbaycan beynəlxalq arenada yalnız üzv olduğu təşkilatların tələblərinə əməl edən bir dövlət deyil, eyni zamanda onların fəaliyyətini daha da aktivləşdirmək və təşkilatların inkişafına əlavə stimul vermək qabiliyyətinə malikdir. Azərbaycan hər bir beynəlxalq tədbirə qatılarkən bu iştirakını formallıqdan çıxarır, həqiqi töhfələr və faydalı təşəbbüslərlə zənginləşdirir. D-8 kimi yüksək səviyyəli iqtisadi və sosial təşkilatlarda Azərbaycan yalnız üzv olaraq iştirak etmir, eyni zamanda digər üzv ölkələrə nümunə göstərən təşəbbüslərlə fərqlənir. Ölkəmizin təşəbbüskarlığı və yüksək səviyyədə təşkilatçılığı, xüsusilə media sahəsindəki addımlar, Prezident İlham Əliyevin şəxsi diqqət və dəstəyi ilə həyata keçirilir. Bakıda Media Mərkəzinin yaradılması təklifi və D-8 Media Forumunun təşkili Azərbaycanın beynəlxalq arenada məsuliyyətli və fəal iştirakını nümayiş etdirir. Bu təşəbbüslər yalnız Azərbaycanın daxili potensialını deyil, həm də D-8 üzv dövlətlərinin informasiya və media sahəsindəki əməkdaşlıq imkanlarını genişləndirir, onların inkişafına təkan verir”.

A. Həsrət qeyd edib ki, Forumun əhəmiyyətindən danışarkən Azərbaycanın beynəlxalq siyasətdəki çoxvektorlu yanaşması da xüsusi qeyd olunmalıdır. Son aylarda Prezident İlham Əliyevin BMT, Danimarka, Orta Asiya və digər beynəlxalq tədbirlərdə iştirakı ölkəmizin regional və qlobal məsələlərdə fəal rolunu, hər bir təşəbbüsün nəticə yönümlü olduğunu göstərir. Bu yanaşma Azərbaycanın diplomatik çevikliyini və dünyada etibarlı tərəfdaş imicini gücləndirir:

“Qeyd etdiyim kimi Azərbaycanın beynəlxalq təşkilatlarda təşəbbüsləri yalnız formal xarakter daşımır. Ölkəmiz həm D-8, həm Türk Dövlətləri Təşkilatı, həm də Qoşulmama Hərəkatı kimi qurumlarda fəal iştirak edir, onların fəaliyyətini canlandırır və daha dinamik hala gətirir. Məsələn, C5 formatına Azərbaycanın qoşulması ilə bu regiondakı əməkdaşlıq genişləndi və format C6 kimi daha aktiv bir struktur halına gəldi. Qoşulmama Hərəkatı da Azərbaycanın sədrliyi altında illərlə passiv qalmış qurum statusundan çıxaraq aktiv və effektiv təşkilata çevrilib. Bütün bunlar Azərbaycanın beynəlxalq imicini həm fəal, həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi möhkəmləndirir. Azərbaycan dünyada yaxşı mənada katalizator rolunu oynayır, üzv olduğu hər bir təşkilatın fəaliyyətinə yeni enerji gətirir və qlobal əməkdaşlığa müsbət təsir göstərir. Bunun nəticəsində bütün beynəlxalq birliklər Azərbaycanın fəaliyyətinə maraq göstərir və onunla əməkdaşlıqda maraqlı olurlar”.

MŞ üzvü sonda qeyd edib ki, Azərbaycanın beynəlxalq arenadakı rolu yalnız regional və iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda ölkəmizin diplomatik, media və informasiya sahəsindəki təşəbbüskarlığı onun qlobal nüfuzunu artırır, dövlətimizi beynəlxalq səviyyədə nümunəvi iştirakçı kimi tanıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see237

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see202

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see199

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see173

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see159

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see158

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see153

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see149

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see147

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see146

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see143

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see142

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see141

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see140

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see138

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see137

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see135

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see134

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see128

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri