Icma.az
close
up
RU
D 8 Media Mərkəzinin Bakıda yaradılması strateji yenilikdir ŞƏRH

D 8 Media Mərkəzinin Bakıda yaradılması strateji yenilikdir ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qlobal informasiya rəqabətinin kəskinləşdiyi bir dövrdə media həm siyasi təsirin, həm də iqtisadi gücün əsas alətlərindən birinə çevrilib. Bu şəraitdə sürətlə inkişaf edən böyük müsəlman ölkələrini birləşdirən D-8 formatının media sahəsində yeni əməkdaşlıq mərhələsinə qədəm qoyması mühüm strateji addım kimi qiymətləndirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda D-8 Media Mərkəzinin yaradılması təşkilatın informasiya gündəmini formalaşdırmaq, rəqəmsal çağırışlara birgə cavab vermək və qlobal media məkanında daha koordinasiyalı fəaliyyət göstərmək niyyətinin göstəricisidir. Bu təşəbbüs həm Azərbaycanın regiondakı lider statusunu möhkəmləndirir, həm də D-8 ölkələrini vahid kommunikasiya platformasında birləşdirərək onların səsini qlobal arenada gücləndirir.

Siyasi şərhçi Tural İsmayılov Sherg.az-a açıqlamasında D8 platformasının sürətlə inkişaf etdiyini söyləyib:

"D8-Developing Eight 1997-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu platforma sürətli inkişaf potensialına malik böyük müsəlman ölkələrinin iqtisadi-siyasi əməkdaşlıq platformasıdır. Burada Türkiyə, Pakistan, İran, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriya təmsil olunur. Üç qitə boyunca yayılan coğrafiya, enerji resursları, ən sürətlə artan bazarlardan ibarət demoqrafik güc və yarım milyarddan çox əhali bu qurumu “Cənub qlobalının yüksələn liqası”na çevirir. D-8 ölkələrinin media sektorundakı potensialı isə çox vaxt gözardı edilib: gənc auditoriyalar, geniş sosial media bazarı, kontent istehsalında artan rəqabət və informasiya dövründə öz sözünü demək istəyən böyük dövlətlər. Məhz bu kontekstdə Prezident İlham Əliyevin təşəbbüsü ilə D-8 Media Mərkəzinin Bakıda yaradılması strateji yenilikdir. Bu addım Bakını yalnız coğrafi qovşağa yox, həm də informasiya axınlarının regiondaxili koordinasiya nöqtəsinə çevirir".

Ekspert bu gün keçirilən Media Forumu D8-in kağız üzərində qalan media xəttini real institusional mərhələyə keçirdiyini qeyd edib: 

"Forumda müzakirə olunan başlıqlar dezinformasiyaya qarşı kollektiv müdafiə, şəbəkələşmiş kommunikasiya, rəqəmsal təhlükəsizlik və kontent istehsalında əməkdaşlıq- həm təşkilatın, həm də üzv ölkələrin informasiya müstəqilliyi baxımından kritikdir. Azərbaycan isə burada sadəcə ev sahibi deyil. O, informasiyanın idarə edilməsi, media modernizasiyası, rəqəmsal infrastruktur və beynəlxalq media strategiyası sahəsində lider rolu oynayır".

Müsahibimiz informasiya müharibələrinin hökm sürdüyü bir dövrdə D8-in vahid media platforması yaratmasının təşkilatın iqtisadi çəkisini siyasi-informasiya gücü ilə tamamladığını bildirib:

"Bakı mərkəzli bu model həm Azərbaycanın nüfuzunu artırır, həm də D-8 ölkələrinin qlobal media sistemində birgə hərəkət etməsinə şərait yaradır. Bu, sadəcə forum deyil, gələcək kommunikasiya arxitekturasının qurulmasıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri