Pakistan Azərbaycanın D 8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləyir
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistan Azərbaycanın D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünü müsbət qiymətləndirir.
525.az-ın məlumatına görə, bu barədə Pakistanın informasiya və televiziya-radio yayımı üzrə federal naziri Attaulla Tarar Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda bildirib
"D-8 Media Forumu kollektiv fəaliyyət üçün güclü platforma yaradır. Üzv dövlətlərimiz təcrübə mübadiləsindən, razılaşdırılmış strategiyalardan və birgə təşəbbüslərdən əhəmiyyətli fayda əldə edə bilər. Bu baxımdan bir neçə əməkdaşlıq istiqamətini təklif etmək istərdim.
Azərbaycan hökuməti tərəfindən təşəbbüs edilmiş Media Mükəmməllik Mərkəzinin yaradılması uzun müddətdir gözlədiyimiz bir addımdır. Biz bunu yüksək qiymətləndiririk və əməkdaşlığa hazırıq. Müvafiq nazirliklərin və media ekspertlərinin nümayəndələrindən ibarət birgə işçi qrupun yaradılmasını təklif edirəm. Bu qrup davamlı bilik mübadiləsini təmin ermək üçün mütəmadi olaraq, o cümlədən onlayn formatda toplana bilərdi", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 21 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















