Icma.az
close
up
RU
Bakıda məktəblərdə tibb məntəqələri niyə yoxdur? RƏSMİ AÇIQLAMA

Bakıda məktəblərdə tibb məntəqələri niyə yoxdur? RƏSMİ AÇIQLAMA

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Məktəblərdə şagirdlərin sağlamlığının qorunması və fövqəladə hallarda ilkin tibbi yardımın göstərilməsi vacib məsələlərdən biridir.

BAKU.WS xəbər verir ki, hazırda bir çox məktəbdə tibb otaqlarının və peşəkar tibb işçilərinin olub-olmaması müzakirə mövzusudur.

Uşaqlar günün böyük hissəsini məktəbdə keçirir və bu müddətdə baş verə biləcək hər hansı qəfil hal – istər xəsarət, istərsə də ani səhhət problemi – operativ tibbi müdaxiləni tələb edə bilər. Üstəlik nəzərə almaq lazımdır ki, bəzi məktəblərdə uşaqların hallarının pisləşməsi, eyni zamanda vəfat etməsi halları da baş verir.

Belə olan halda bəzi məktəblərdə tibbi otaqlarının və ya həkimlərin olmaması valideynlərin haqlı narahatlığına səbəb olur.

Bəs məktəblərdə tibbi xidmətin səviyyəsi necədir? Bu sahədə hansı tədbirlər görülür?

Suallarımıza cavab tapmaq üçün təhsil və səhiyyə qurumlarına müraciət etdik. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində təhsilalanlar ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər:

"Təhsil müəssisələrində tibb xidməti təhsil müəssisəsinin iş qrafikinə uyğun şəkildə təşkil edilməlidir. Təhsilalanların profilaktik müayinəsi, immunoprofilaktika proqramları çərçivəsində profilaktik peyvəndlərin edilməsi təhsil müəssisələrinin rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik üzrə aparılır".

Məsələ ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BAKU.WS-ə cavab verilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 iyun 2009-cu il tarixli Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci Maddəsinin ("Təhsil müəssisəsində iaşə və tibb xidməti") 28.3-cü bəndinə əsasən "Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilir:

"Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 217nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi"  Qaydasına əsasən "Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir və təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin Əməyin Mühаfizəsi bölməsinin 34-cü fəslinin 215-ci mаddəsinə əsasən müəssisələrin mülkiyyətçiləri və işəgötürənlərin həyata keçirdiyi bir sıra tədbirlər sırasına  işçilərə lаzımi sаnitаriyа - məişət və müаlicə - prоfilаktik хidmətlərin təşkilini təmin etməsi də daxildir. 

Müəssisələrdə tibb məntəqələrinin yaradılması isə həmin müəssisələrin səlahiyyətləri çərçivəsindədir. 

Nəzərinizə çatdırırıq ki, hazırda bütün Azərbaycan vətəndaşları tibbi xidmətlərdən icbari tibbi sığortanın "Xidmətlər zərfi" çərçivəsində pulsuz istifadə edirlər".

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Fevral 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri