Bakıda məsciddə qətl törədən şəxs hakim qarşısına çıxarıldı
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bülbülə qəsəbəsində yerli sakini məsciddə yatdığı yerdə qətlə yetirməkdə təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.
"Ölkə.az" oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Elvin Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti proses dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il iyulun 26-da səhər saat 5 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən İmamzadə məscidində baş verib. 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Nadir Səfərovun, 1996-ci il təvəllüdlü Elvin Məmmədov tərəfindən bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılsa da, istintaqın gedişində ona daha bir neçə ağır maddə tövsif edilərək barəsində ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 11 Dekabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















