Icma.az
close
up
RU
Bakıda Monqolustan əti satılır: 1315 manat

Bakıda Monqolustan əti satılır: 1315 manat

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq kafe və restoranlarda eləcə də bir çox digər yerlərdə yerli məhsullarla yanaşı, Monqolustandan gətirilən ət də təklif olunur. Qiymətinin nisbətən ucuz olması Monqolustan ətinə olan tələbatı artırır.
Milli.Az xəbər verir ki, bu ilin yalnız birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Halbuki ötən il 12 ay ərzində cəmi 40 ton ət idxal edilib. Bu ətlərə tələbatın artdığını satıcılar da təsdiqləyirlər. Monqolustan ətinin qiymətləri 13-15 manat arasında dəyişir. Satıcılar bildirirlər ki, xarici ət daha dadlıdır.

Qiymətin ucuzluğuna gəldikdə isə, satıcılar bunu xaricdəki heyvan bolluğu və ərazi genişliyi ilə əlaqələndirərək  Monqolustanda qoyunculuq kifayət qədər inkişaf etdiyini bildiriblər. 

İqtisadçı ekspertlər bildiriblər ki, ölkəmizə daha çox Rusiya, Gürcüstan, Hindistandan ət idxal olunur. Son zamanlar isə Monqolustan da bu sıraya daxil olub.

Monqolustan ətinin topdan satış qiyməti isə 11 manatdan təklif olunur. Bu eti daha çox restoranlar, şadlıq sarayları və dönər məkanları istifadə edirlər. Şadlıq saraylarında Monqolustan əti istifadə edildiyi halda, toy sahibinə əvvəlcədən məlumat verilir. Bu ət menyusu 40 manata qədər olan çox restoranlarda istifadə olunur.

Şadlıq sarayları bildirib ki, ətin qiyməti qalxdıqca, menyunun qiyməti də stabil olaraq qalxır. Buna görə də bazara yeni ət məhsulu daxil olub.

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Aqrar Tədqiqatlar və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi İlkin Kərimov bildirib ki, ölkədə idxal edilən bütün ətlər laborator analizlərdən keçirilir.

"Ət məhsulları yüksək riskli qidalar hesab olunur. Buna görə də həmin məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ölkəmizin gömrük ərazisinə daxil olduğu zaman müvafiq ekspertizalardan keçir", - deyə Kərimov qeyd edib.

Aysel Əkbər
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri