Icma.az
close
up
RU
Bakıda növbəti faciə: Piyada keçidindən istifadə etməmək nəyə gətirib çıxarır?

Bakıda növbəti faciə: Piyada keçidindən istifadə etməmək nəyə gətirib çıxarır?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən yol-nəqliyyat hadisəsi bir daha sübut etdi ki, piyadaların yol hərəkəti qaydalarına biganə yanaşması acı nəticələrə səbəb olur. Xüsusilə yaxınlıqda piyada keçidi olduğu halda ondan istifadə etməmək, təkcə qayda pozuntusu deyil, həm də həyat üçün ciddi təhlükədir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektoru müdiri Ömər Xıdırovun sözlərinə görə, müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələrinin ictimailəşdirilməsi əsasən maarifləndirmə məqsədi daşıyır.

"Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş sonuncu qəza hadisəsi bir daha göstərir ki, yaxınlıqda piyada keçidi olsa belə, ondan istifadə edilməməsi ağır nəticələrə səbəb ola bilər. Müşahidələrimiz göstərir ki, bəzi piyadalar, xüsusilə də valideynlər, qaydalara əməl etməməklə təkcə özlərinin deyil, azyaşlı övladlarının da həyatını ciddi risk altına atırlar. Təəssüf ki, belə hallarda qəzalar qaçılmaz olur və nəticələr çox zaman ölüm və ya ağır xəsarətlərlə yekunlaşır,” – deyə Ö.Xıdırov bildirib.

Onun sözlərinə görə, statistik rəqəmlər də bu narahatedici vəziyyəti təsdiqləyir. Belə ki, ötən il Bakı şəhərində 240 piyada vurma hadisəsi qeydə alınıb. Nəticədə 111 nəfər həyatını itirib, onlardan 6-sı uşaq olub. Bu ilin ilk dörd ayı ərzində isə 30 piyada həyatını itirib, 5 azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ömər Xıdırov: Qəzaların baş vermə səbəbləri isə dəyişmir

"Qəzaların baş vermə səbəbləri isə dəyişmir. Bunlar arasında sürücülərin yüksək sürətlə hərəkət etməsi, yol nişanlarına əməl olunmaması, piyadaların keçidlərdən istifadə etməməsi, bəzi piyadaların nizamlayıcının göstərişlərinə məhəl qoymaması və piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi kimi amillər olur",- sektor müdiri diqqətə çatdırıb.

Ömər Xıdırov əlavə edib:

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları – qaydalara ciddi riayət etməyə çağırırıq. Valideynlərə isə bir daha xatırladırıq: yollarda təhlükəsizlik yalnız özünüzün deyil, övladlarınızın da həyat və sağlamlıq təminatıdır".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 May 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri