Icma.az
close
up
RU
Bakıda olduğum zaman müxtəlif məkanlarda... Papuaşvili

Bakıda olduğum zaman müxtəlif məkanlarda... Papuaşvili

COP29 kimi beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün mühüm tarixi hadisədir.

Globalinfo.az xəbər veirir ki, bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O, Azərbaycanın beynəlxalq tədbirləri təşkil etmək sahəsindəki təcrübəsinin əhəmiyyətini vurğulayıb:

“Bu, eyni zamanda Azərbaycanın dünya miqyasında yüksək nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Mən Azərbaycana COP29-u yüksək səviyyədə və uğurla keçirməsini arzulayıram. Bakıda olduğum zaman müxtəlif məkanlarda bu böyük tədbir üçün hazırlıq işlərinin necə getdiyini müşahidə etdim. Ona görə də əminəm ki, bu konfrans ən yüksək standartlara uyğun keçiriləcək və tarixə düşəcək”.

Ş.Papuaşvili Azərbaycana müvəffəqiyyətlər arzulayaraq bu cür tədbirlərin ölkənin beynəlxalq müstəvidəki rolunu daha da gücləndirəcəyini söyləyib.

seeBaxış sayı:1
embedMənbə:https://globalinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri